Zərnişan (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Zərnişan Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.159 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Nə şövq ilə gərdəninin üstünə,
Darayıb tökübsən teli, Zərnişan.
Bir gün aşiqindən aralı düşsən,
Axar gözlərinin seli, Zərnişan.
Geyibsən ayağa çəpkən başmağı,
Sənə var aşığın dastan qoşmağı,
At üzdən niqabı, götür yaşmağı,
Çağır tamaşana eli, Zərnişan.
Dost üçün, el üçün Alı da kilid,
Vəfalı gözəlin alı da kilid,
Baş qoyub hökmünə bir tərlan igid,
Deyib dediyinə “bəli”, Zərnişan.