Zahid, bu fəna mülkdə dövran sənin olsun
Görünüş
Zahid, bu fəna mülkdə dövran sənin olsun Müəllif: Ağa Hacı Molla Tağızadə |
Zahid, bu fəna mülkdə dövran sənin olsun!
Verdim sənə yeksər.
Zöhdü vərəü taətü iman sənin olsun,
Məcmu sərasər.
Duzəx mənə şayəstədi, niran mənə layiq,
Mən yanmağa şayiq.
Sən cənnətə get, huriyü qılman sənin olsun,
Qalsın sənə kövsər.
Firdovsi-bərin qəsrü təla, çeşmeyi-təsnim
Olsun sənə təslim.
Çəkdim əlimi, lölövü mərcan sənin olsun,
Sən olma mükəddər.
Səd şükr ki, mən natiqi-Quranə yetişdim,
İmanə yetişdim.
Get, get kütübü məshəfü Quran sənin olsun,
Daim oxu əzbər!
Əlminnətülilləh ki, könül yetdi muradə,
Qalmışdı aradə.
Sən get, dolan avarə, biyaban sənin olsun,
Bihadiyü rəhbər.
Bixud ki, məlamətlərə şəhr içrə boyandı,
Yatmışdı oyandı.
Get, dəhrdə, zahid, sərü saman sənin olsun,
Əl çək dəxi, kafər!