Zahid, bu fәna mülkdә dövran sәnin olsun

Vikimənbə saytından
Jump to navigation Jump to search
Zahid, bu fәna mülkdә dövran sәnin olsun
Müəllif: Ağa Hacı Molla Tağızadə

Zahid, bu fәna mülkdә dövran sәnin olsun!
Verdim sәnә yeksәr.
Zöhdü vәrәü taәtü iman sәnin olsun,
Mәcmu sәrasәr.

Duzәx mәnә şayәstәdi, niran mәnә layiq,
Mәn yanmağa şayiq.
Sәn cәnnәtә get, huriyü qılman sәnin olsun,
Qalsın sәnә kövsәr.

Firdovsi-bәrin qәsrü tәla, çeşmeyi-tәsnim
Olsun sәnә tәslim.
Çәkdim әlimi, lölövü mәrcan sәnin olsun,
Sәn olma mükәddәr.

Sәd şükr ki, mәn natiqi-Quranә yetişdim,
İmanә yetişdim.
Get, get kütübü mәshәfü Quran sәnin olsun,
Daim oxu әzbәr!

Әlminnәtülillәh ki, könül yetdi muradә,
Qalmışdı aradә.
Sәn get, dolan avarә, biyaban sәnin olsun,
Bihadiyü rәhbәr.

Bixud ki, mәlamәtlәrә şәhr içrә boyandı,
Yatmışdı oyandı.
Get, dәhrdә, zahid, sәrü saman sәnin olsun,
Әl çәk dәxi, kafәr!