Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışır
Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışır Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Bəylər, nə layiqdi xan qulluğuna,
Bir kəs atlı gedə, piyadə gələ?
İldə bir yol düşər mənim güzarım,
Vay onun halına, ziyadə gələ!
Bu beyt təzkirənin avtoqraf nüsxəsində yoxdur. Çap nüsxəsindən alınıb.
Bu misra doğru olaraq Zakirin nəşr olunmuş əsərlərində “Gələ gör bir adam muradə gələ” kimi getmişdir.
Böyügün dərində lazımdır dərban,
Axşamdan ola bəndeyi-fərman,
Təmənnasız gələn olur peşiman,
Vay onun halına, ziyadə gələ.
Oğurluğa əcəb olubsuz mötad,
Həmrahi-birahın dad əlindən, dad.
Gedəndə şad gedir, gələndə naşad,
Hər kimsə ki, sizin bərbadə gələ.
Gəlməyən adama deyirsiz gəlin,
Müşküldür qayıtmaq ayağı yalın,
Mən genə qıvrağam, Adıgözəlin,
Gərək dalısınca ərradə gələ.
Məsəli-məşhurdur: “Quş dənə gedər”,
Sizdə bir nəf’ yox, savayi-zərər,
Gəlməz o qapıya heç kimsə məgər,
Horadiz, Quyucaq fəryadə gələ.
Mundan sonra girən xanın evinə,
Gərək başmaqların soxa cibinə,
Ya keçirə saf otağın dibinə,
Nə isə, muhəyya, amadə gələ.
Lazımdır tərəddüd xeyirdə, şərdə,
Ədalət üzünə çəkibsiz pərdə,
Bir tə’ziyə olsa xudanəkərdə.
Gümanım yoxdur ki, molla da gələ.
Bir adam təyin et astaniəyə.
Yaxşını yamanı görcək tanıya,
Nə eşiyə, nə də qəhvəxanəyə,
Qoymaya hər yetən səgzadə gələ.