Zakirin qocalıqdan şikayyət haqqında müxəmməsi
Zakirin qocalıqdan şikayyət haqqında müxəmməsi Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ah kim, aldı mənim əqlü kəmalım qocalıq,
Eylədi misli-xəzan çöhreyi-alım qocalıq,
Bidi-məcnun tək əyib sərvi-nihalım qocalıq,
Günbəgün etdi füzun dərdü məlalım qocalıq,
Doladı dəstinə əfsus ki, yalım, qocalıq.
Əlliyə yetəndək bilməz idim quru, yaşı,
Həll edərdi əngim mum kimi qarə daşı,
Gördüm altmışda qatı loğmalara yoxdu xoşi,
İndi it yalı kimi gündə gərək qaşıq aşı,
Zindəganlıqdımı bu, ağrını alım, qocalıq?
Azularımda qalıb bir neçə övraq dəndan,
Kargər düşməz o da səxt təamə çəndan,
Dolaşa dəməyinə oxşar edəndə xəndan,
Abgüşt ilə gərək müttəsil acıtmalı nan,
Kimə məqdurdu bu, orduna salım, qocalıq.
Dolanırdı necə ki, var idi təndə qüvvət,
Gündə pərvanə kimi başıma yüz gəz övrət,
Hər evə düşsə yolum, əhli çəkərdi minnət,
İndi öz sahibi-xanəm mənə etməz rəğbət,
Nə ümid ilə gedib özgədə qalım, qocalıq!
Duş gördüm neçə məhparə edir seyri-çəmən,
Ayağın öpmək üçün səmtlərinə düşdüm mən,
Gəldi güftarə biri söylədi: “Key piri-kühən,
Nə gəzirsən burada, yoxsa azıbsan köçdən?”.
Rişxənd mənzili etdi məni zalım qocalıq.
Hər sənəm görsə deyərdi əcəb oğlandır bu,
Ya Fəramərz, ya da Rüstəmi - dastandır bu,
Xoş onun halına kim, bir gecə mehmandır bu,
Gülüşüb indi deyərlər hansı Vartandır bu,
Çünki etdin belə, tiz ilə zavalım, qocalıq.
Hanı ol sərv ki, görərdin gecələr ayə baxar,
Sübhlər tövsini-sərxoş kimi səhraya baxar,
Gəh zəni-dəllakə, gah duxtəri-mollayə baxar,
İndi san xəstə qoyub baş mütəkkayə baxar,
Kəsdi eşqü həvəsi-zövqi-vüsalım qocalıq.
Tuf sənə kim, məni zövq ilə səfadan saldın,
Nəzəri-mərhəməti-mahliqadən saldın,
Hər iki çeşmi-cəhanbini ziyadan saldın,
Şahbazi-həvəsim övci-həvadən saldın,
Sındıdın səngi-sitəmlə pərü balım, qocalıq.
Gər mənə ruyi-zəmin simü zərü dövlət ola,
Asitanəm, eşigim rəşki-dəri-cənnət ola,
Puşişim xosrovü xaqan verən xal’ət ola,
Neylərəm oni ki, kələz dalı kimi qət-qət ola,
Sifəti gərdəni-ayinə misalım qocalıq.
Qorxuram çarx mənə zülmi-mükərrər eləyə,
Ağqız oğlu Piri tək dillərə əzbər eləyə,
Qaralar Şəmmiyə hörmətdə bərabər eləyə,
Axırı Hatəm ağadan dəxi bədtər eləyə,
Çörü çöp dərməyə də qoymuya halım qocalıq.
Gərək indən belə qapıda bürünüb gəbəni,
Qoymuyam qarğa-quşu sərgidən apara dəni,
Ki, məbada ura övrət üzümə ta siləni,
İltimasım budu kim, öldü, xilas eylə məni,
Oğul-uşaq əlinə vermə saqalım, qocalıq.
Zakirəm, türfə xiyaban ilə bağım vardır,
Yatmağa, durmağa zəngin otağım vardır,
Nə qədər aşü plov yesə qonağım, vardır,
Yaxşı nəwadələrim, oğul-uşağım vardır,
Yoxdu bir özgə qəmim, fıkrü xəyalım, qocalıq.