Zaman
Görünüş
Zaman Müəllif: Quloğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Şövqimi artınr axşamın dəmi
Sevdiyim menimlə olduğu zaman.
Dəf olur da geder könlümün qemi
Gəlib de yanıma güldüyü zaman.
Söylədikcə ləzzət vardır sözündə-
Düni gün xəyalı iki gözümdə.
Tannmn əmriylə yann üzündə
Ağ güllər açılır güldüyü zaman.
Eşqinin dumanı başımı bürür
Divanə könlümü gah ələ alır.
Samram vücudum cənnətə girir
Yar məni qoynuna aldığı zaman.
Eşqin atəşiylə vücudum yandı
Bir əslizadədir, huridir kəndi.
Samram ki, göydən bir mələk endi
Qollann boynuma saldığı zaman.
Quloğluyam, boz bulanıq axaram,
Həsrət oduna cismü can yaxaram,
Nə rizqimə, nə malıma baxaram,
Yar eşqi qəlbimə dolduğu zaman.