Məzmuna keç

Zaman keçdi, kamal qaldı gözü yerə dikilmiş

Vikimənbə saytından
Zaman keçdi, kamal qaldı gözü yerə dikilmiş
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Zaman keçdi, kamal qaldı gözü yerə dikilmiş,
Utandı ki, köməyinə kimsə möhtac deyilmiş.
Əl-Möhtədi xəlifənin zamanında, deyirlər,
Xalq içində ixtilafa guya xitam verilmiş.