Məzmuna keç

Zamanla günlər, Həsrət nə vaxtsa yoldan gəlib keçər

Vikimənbə saytından
Zamanla günlər, Həsrət nə vaxtsa yoldan gəlib keçər! (1994)
Müəllif: RAUF CAVAD

Bəzən əsər sərin külək, həyat bir an gəlib keçər!
Dəniz coşar yelkən əsər, Qəmli Zaman, gəlib keçər!

Ömür axar suya gedər, Əsli sevən Könül bilər,
Dəli ürək döyünər, dil deyər, Hicran gəlib keçər!

Rənglərlə boyanıb gözəl dünya, əsası ağ-qara,
Qəlbə düşüb yara, gündüz-gecə, yaman gəlib keçər!
   
Qocalır insan, yaralanır Könül ürəkdən Vüsal,
Bir gün Xəyal görən, göz önündən filan gəlib keçər!

Sevgi-Ümid biri-birinə bağlı, candan iki dost,
Hər biri sonsuz, bütün istəklər il-an gəlib keçər!

Həyat bağlanıb Sevgi-Ümidə, Arzulardan bərk-bərk,
Ölüm gözləyir, bəlkə Sevgili Canan gəlib keçər!

Şirin, acı dadır, elə qarışıqdı həyat tamı,
Ağırdı yükü daşımaq, çətin-asan gəlib keçər!

Dərdi şirindi Dilbərin, düşünsən kədər, qəm bitməz,
Gözləsən Hicran yolunu, acı , güman gəlib keçər!

Sevməyən Könül, dərd-qəm, acı iztirab, eşq nə bilir,
Gördüyü-bildiyi yox, eşidib-duyan gəlib keçər!

Ürəklərdə qopan tufanı anlamaz, qanmaz hər kəs,
Kimsəsizlərin dərdi var, Fərman haçan gəlib keçər!?

Ağrıya dərman, acı yalana, doğru nədir çarə?!
Arifə bir işarə, Kifayət qanan, gəlib keçər!
 
Bulanır ağ dünyamız günü-gündən qap-qara rəngə,
Kar etmir söz kara, bilmir vicdan, hardan gəlib keçər?!

Həqqi bilən bilir, dünya gözəl, can əzəldən fani,
Axirətə gedən yol, iman, dünyadan gəlib keçər!

Sevgili yar susar lakin Məcnun susayıb Leylaya!
Fərhad ahü-zar eylər, yəqin Şirin-can gəlib keçər!

Qəm etmə Rauf, dərdə Sahib Zaman mütləq bil yetər!
Zamanla günlər, Həsrət nə vaxtsa yoldan gəlib keçər!