Zay olmusan
Görünüş
Zay olmusan Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,
Haçan yardan yarımısan, sevilib bay olmusan.
Sər dərvişsən haqq yolunda, haqqı istə, haqqı sev,
Nə olsun ki, bel bükülüb kamana tay olmusan.
Yar olsan da incimə, gəl, ulu Tanrı bağışlar,
Dərgahmda apaydmdı bu cizgilər, naxışlar,
Qoy didəndən sel-sel olub axsm qara yağışlar,
Axır məhşər görərsən ki, köpüklü çay olmusan.
Çay olmağm paklığında, durma, yuyun, paka çıx,
Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq,
Miskin Abdal, dolansan da ayaqyalm, başaçıq,
Zər qədrini zərgər bilər, zaylara tay olmusan.