Məzmuna keç

Zevsin doğulması

Vikimənbə saytından
Zevsin doğulması
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004

Kron taxta həmişəlik çıxdığına əmin deyildi. Qorxurdu ki, uşaqları da onun üzünə ağ olarlar, atası Uranın başına açdığı oyunu uşaqlar da onun başına açarlar. Kron avadı Reyaya tapşırdı ki, doğulan uşaqlarını hüzuruna gətirsin, uşaqlarının hamısını amansızcasına udurdu. Uşaqlarının taleyini görən Reya dəhşətə gəlirdi. Kron uşaqlarının beşini - Hestiyanı, Demetranı, Herunu, Aidanı (Hadesi) və Poseydonu artıq udmuşdu.

Reya axırıncı uşağını da itirmək istəmirdi. Valideynləri Uranın - Göyün və Heyanın - Torpağın məsləhəti ilə Reya Krit adasına çəkildi, adadaKi dərin mağarada oğlu Zevs dünyaya gəldi. Qəddar atanın əlinə düşməsin deyə, ana oğlunu mağarada gizlətdi, Krona isə udması üçün əsgiyə bələnmiş uzunsov bir daş verdi. Aldandığı Kronun heç ağlına da gəlmədi. Onlar uşağa ilahə keçi Amalfeyin südünü içirirdilər.

Zevs isə Krit adasında böyüməkdə idi. Pərilərdən Adrasteya və İdeya körpə Zevsin nazı ilə oynayırdılar. Arılar uca Dikta dağının yamaclarından bal daşıyırdılar. Balaca Zevs ağlayan vaxt mağaranın keşiyini çəkən yeniyetmə kuretlər qılıncla qalxanı döyəcləyirdilər, istəmirdilər ki, Kron uşağın ağlamasını eşitsin, istəmirdilər kİ, Zevsin taleyi də qardaş-bacılarının taleyi kimi qurtarsın.