Zeynəb
Zeynəb Müəllif: Abbasqulu ağa Bakıxanov |
Gəl olma riza didəsi xunbar ola Zeynəb,
Məzlum Hüseyn! Şümrə giriftar ola Zeynəb.
Bu qədr bəla dağinə yox tabü təvanım,
Ləb təşnə verüb canini sərdari-cəvanim,
Pəs lazimədür həşrə kimi-ruhi-rəvanım,
Həsrətkeşi-didari-Ələmdar ola Zeynəb.
Düşsə güzərün qətlgəhə, kani-mürüvvəl,
Əbbasə belə ərz edərəm baqəmü möhnət,
İnsafdü, ey sərvəri-din, sahibi-qeyrət,
Şam içrə gedüb rövnəqi-bazar ola Zeynəb?
Pərvanə kimi atəşi hicranuva yannam,
Əyyami-vüsali eləyüb fikr, dayannam,
Zülfimi tökb nə-şüvə, al qanə boyannam,
Qan ilə gərək arizi gülnar ola Zeynəb.
Bir ah çəküb verdi cəvabun şəhi-dövran,
Yandırdı məni sözlərün ey bikəsü nalan,
Gər çarəm ola, razi degül canimə Canan,
Çöllərdə qalub zarü diləfkar ola Zeynəb.
Lazımdu bu can eşqdə al qanə boyansun,
Gülzari-vəfa xuni-vəfa ilə sulansun,
Meydanda gərək şəmimə pərvanə dolansun,
Ol mərkəzün ətrafinə pərgar ola Zeynəb.
İmd düşəcək xakilə xunə təni-xəstə,
Qətlimə hücum avər olar dəstə bə dəstə,
Lazımdu, gəlib qətlgəhə nə-şimin üstə,
Başinə salub qarə əzadar ola Zeynəb.
Ərz eylədi: Çün qarət edər xeyməni ləşgər,
Bir qarə tapılmaz ki, salam başimə mə-cər,
Qoymaz məni əfqan eləyüm Şümri-bədəxtər,
Ta nə-şüvün üstündə gühərbar ola Zeynəb.
Çox zülm edəcəklər məni-məzlumü fikarə,
Çoxlar vuracaq sinəmə şəmşir ilə yarə,
Üç gün-gecə nə-şim qala qoymazla məzarə,
Qüdsi kimi matəmdə gərək zar ola Zeynəb.