Zeynəb (Öysüzlü Aşıq Səməd)
Görünüş
Zeynəb Müəllif: Öysüzlü Aşıq Səməd |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Saxlayıbdı aşığına,
Ağ üzündə xalı Zeynvb.
Dodaqları süd qaymağı,
Əcəb beçə balı, Zeynəb.
İstarəm gələm oynuna,
Qolum dolayım boynuna.
Turunc götürüb qoynuna,
O səri sevdalı Zeynəb.
Qəlbdən-qəlbə gər yol olsa,
Dəli könlüm eşqə dolsa,
Canan cananını bulsa,
Ola xoş havalı, Zeynəb.
Yar məni eşqə salmasa,
Onnux sinəma çalmasa,
Sevən, sevəni almasa,
Yaman olur halı, Zeynəb.
İşarət eylərəm qansan,
Mən yanaram, sən də yansan.
Məni özünə yar sansan,
Səməd qadan ala, Zeynəb,