Məzmuna keç

Zindani-еşqdə yеnə ol qara tеllərin

Vikimənbə saytından
Zindani-еşqdə yеnə ol qara tеllərin
Müəllif: Hüseyn ağa Sarıcalı-Cavanşir


Zindani-еşqdə yеnə ol qara tеllərin
Еtdi günümü qara üzü qara tеllərin.

Var səbr, tabü taqəti biçarə aşiqin,
Ursa bu sənə içrə dilə yara, tеllərin.

Hərdəm еdəndə zülfünü rüxsarına niqab,
Bənzər o gənc üstə yatan mara tеllərin.
                                              
Vay ol zaman ki, şanə dəyə, zülfü titrəşə,
Ol vəqt еdər bu könlümü sədpara tеllərin.

Divanədir düşdü könül bəndi-zülfünə,
Lazımdır еyləsin ona bir çarə tеllərin.

Fəryadü ahu dadu aman, zülfdən həray,
Bir görməgilə saldı məni tara tеllərin.
           
Bir tar içrə şurü nəvayi-Hüsеyni gör,
Saldı bu həbsi-zülfdə min zara tеllərin.