"Şair"lərimizə nəzirə
Görünüş
"Şair"lərimizə nəzirə Müəllif: Mirzə Ələkbər Sabir |
Ey alnın ay, üzün günəş, ey qaşları kəman,
Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.
Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kirpiklərin qamış, dodağın bal, tənin kətan.
Boynun surahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gülüş, yanağın qırmızı ənar.
Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!... qəribə gülməlisən xaniman xərab!..
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 176