"Əkinçi", 13 may 1876, №9/Elan
Görünüş
"Əkinçi", 13 may 1876, №9 |
Daxiliyyə→ |
İstanbulda fars dilində çıxan "Əxtər" qəzeti indi həftədə 2 dəfə, yəni şənbə
və çaharşənbə günləri təb’ və nəşr olunur. Bir illik qiyməti poşt xərcilə:
Rus məmləkətində 10 manat, Tehran və biladi-farsda 4 tümən, Təbrizdə 3
tümən yarımdır.
Badkubədə olan məxsusi bank bəyan edir ki, gələn may ayının 24-də, yəni cəmadiələvvəl ayının 14-də ki, çaharşənbə günü ola, sübh saat 10-da zikr olan bankın hüzurunda Məhəmmədkazım Hacı Axundovun zaloqu ki 9 tay və 5 boçka saxsı qabdır, onun bankdan borc elədiyi 900 manat əvəzində füruş olacaq. Zikr olan mal 1800 manata qiymət olunub Qafqaz Merkuri kompaniyasının anbarında saxlanır.