"Əkinçi", 13 may 1876, №9/Daxiliyyə
←Elan | "Əkinçi", 13 may 1876, №9 |
Əf’ali-əhli-dehat→ |
Vamberi ismdə bir nemes ki, müsəlman vilayətlərində çox səyahət edib,
indi "İslam" adlı bir kitab inşa edib, ol vilayətlərin yerlərini, əhlini, onların
adətlərini və qeyrə yazıb elm təhsil etmək barəsində deyir:
Məğrib, yəni xaçpərəst vilayətləri və Məşriq, yəni islam vilayətləri elm təhsil etməyə qeyr tövr baxıllar. Məğrib səy edir ki, elm xalqa bəyan olsun və hər kəs elm yolu ilə iş tutsun ki, ziyadə mənfəət tapsın. Amma Məşriq elm yollarını xalqdan gizdin saxlayır. Lakin İslam bina olan vaxtda Məğrib ilə Məşriqin belə təfavütü olmayıb. Ol vaxtla həzrət xəlifələr və hər tavana kəslər öz ehsanına məscid və məktəbxanalar bina edəllər idi ki, xalq elm öyrənsin. Ona binaən ol vaxt islamda olan hükəmalar heç bir məmləkətdə yox idi.
Elə ki xəlifələrin yerində soltanlar, şahlar, xanlar əyləşdi və xalqın ipi ruhanilərin əlinə düşdü, hökumət əhli öz nəf indən ötrü xalqı gözü-bağlı saxlamaq üçün məktəbxanalarda ancaq şəriət adablarının, boş sözləri bir-birinə yapışdırıb ibarət ilə danışmağın dalıncan düşüb, xalqı yoxsul və sərgərdan edib özləri kef və ləzzəti-dünyaya məşğul oldular və nəinki özləri təzədən xalq üçün məktəbxanalar açmadılar, hətta olan məktəbxanalarda mollalıq məsailini araya salıb xalqı elm yolundan uzağa saldılar.
İndi Məşriq-zəmin qoca və xəstədir və ol şəxsə aqil deyərlər ki, o ibarət ilə danışdığı sözləri başa düşmək olmasın və bu aqil kəslər deyirlər elm cəvahiratı hər şeydir. Necə ki, cəvahiri çölə atanda hər kəsin əlinə asanlıq ilə düşdü genə qiymətdən düşər, habelə kamallı sözləri vazeh danışanda onu hər kəs başa düşər, ona binaən söz biməqdur olur.
Bu tövr ilə 500 ildən ziyadədir ki, islam zülmətə qərq olub, elmdən və dünyadan bixəbər olduğuna yoxsulluqdan mürur ilə tələf olur.
Əgərçi Vamberinin zikr olan kəlamı düşmən sözüdür, amma yaxşı olurdu ki, onu oxuyanlar fikir ilə oxuyaydılar.