Məzmuna keç

"Əkinçi", 14 aprel 1876, №7/Əf’ali-əhli-dehat

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 14 aprel 1876, №7

Məktubat

Maldarlıq edən şəxslərə məlumdur ki, qoyun-quzuda bir gicəltmə naxoşluğu olur ki, onlar bir yerdə fırranıb yıxılıb fövt olurlar. Bu naxoşluğun səbəbi bir qurutdur ki, itin bağırsaqlarının içində zindəganlıq edər. Onun tuli bir neçə arşın və bədəni barama qurdunun bədəni kimi bənd-bənddir. Hər bir bənd yetişəndə onun bədənindən ayrılıb itin nəticisi ilə çıxır ki, o bənd qabat toxumuna bənzər. O bir bəndin içində bir neçə min toxum var: bənd hava dəyməkdən çatdayanda toxumları külək aparıb dağıdır. Onların bəzi otlar üstünə düşür və otlar ilə belə onları qoyunlar yeyirlər. Qoyunun mə’dəsində toxumdan bir kiçik qurd çıxır ki, bağırsağı deşib qan damarına girib qan ilə belə gedib qoyunun beyninə yetişib, orada barama qurdu kimi özünə ətdən barama qayırır. Barama mürur ilə yekələnib genə qoyunun beyninə azad edib, özünü fırlandırıb tələf edir.

Bu naxoş qoyun beynini it yesə onun mə’dəsində barma çatdayıb ondan uzun qurd əmələ gəlir ki, bağırsağın içinə yapışıb zikr olan qayda ilə 5-10 il toxumlayır və onun toxumları bəndlərin içində nəcis ilə çıxır.

Pəs zikr olan qurd itin və qoyunun bədənində zindəganlıq edir. Ġtdən qoyuna və qoyundan itə düşməsə, əmələ gəlməz. Ona binaən ol naxoşluq olan yerdə gərək itlərin nəcisinə baxmaq və hansının nəcisində qabağ toxumu kimi qurdun toxumu olsa, onu sürüdən uzaq etmək və ol naxoşluqdan ölən qoyunun başını yandırıb tələf etmək ki, itlər onu yeyib naxoşlamasın.

Gicəltmə naxoşluğu nəmişlik yerdə çox olur.

Naxoşlayan qoyunu sağaltmağa əlac yoxdur. Çünki it qoyunu naxoş edir və özü onun başını yeməkdən naxoşlayır və bu naxoşluq Avropa vilayətlərində elə şiddət edir ki, fövt olan quzu və qoyunun 100-dən 70-i ol naxoşluqdan tələf olur, ona binaən danışıq var ki, itə qoyunun başını vermək bilmərrə qadağan olacaq və gicəltmədən ölən qoyunun başını itə verənə əlahiddə cərimə qoyulacaq.

Əsgər Gorani