Məzmuna keç

"Əkinçi", 14 aprel 1876, №7/Məktubat

Vikimənbə saytından
Əf’ali-əhli-dehat "Əkinçi", 14 aprel 1876, №7

Elm xəbərləri


9-c u f ə s i 1. Ülumi-sənaət böyük dəstgah və vəsi büsatdır ki, cəmi ümurati-səltənət, ticarət, ziraət və qeyr ona möhtacdır və bu əməl 2 qismdir: əl ilə qayrılan və maşın ilə əmələ gələn.

Əl ilə qayrılan şeylərdən çəndan karsazlıq olmaz, ümdə maşındır. Məsələn, gümüş pullar maşından çıxanda bir qism, bir tövr, bir qayda olur, amma əl ilə sikkə olanda biri böyük, biri kiçik, biri uzun, müxtəlif tərkiblər ilə çıxır, necə ki, görürük. Pəs lazımdır maşınlar bina edib işləri maşına salmaq. Maşınsız bizim Yəzd, Həmədan, Brucerd çitləri olur, hər biri 4-5 arşın, biri qumaş, biri bədqumaş, biri enli, biri ensiz. Əcəb budur ki, 5 arşın deyilən 4 nim, 4 deyilən 3 nim ya 3 gəlir. O ustadi-kamil onun başın yarım arşın qumaş və baqisin bədqumaş edib deyir ki, gərək başı və rukari yaxşı olsun ki, müştəri yaxşı görüb alsın və başında yazır:

Məkün peşeyi-xud bəcüz rasti,

Əgər rasti karət arasti98.

Mərcan usta, toy belə olanda yas necə olacaq? Sözüvə baxım ya buzova baxım? Nə yaxşı olurdu ki, insan öz əməlinin eybinə bərxurd olub onun çarəsin edəydi!

Xub, ustacan, sənin qayırdığın bir top çitdir, qiyməti 1 qran ya 20 qəpik. Onun qəddində və qumaşında xalqı aldatmasan, guya işin keçməz. Nə üçün baxmırsan ki, Avropa məmləkətlərində mahud, hərir parça qayırırlar. Arşını 3-10 manata qədər, başı-dibi bir və qəddi yandan ziyadə gəlir ki, kəm gəlməz. Aya, onun bu məharəti yoxdur ya tədəyyünü artıqdır? Heç biri deyil. Onlar elm yüzilə işlərini mülahizə edirlər ki, tərəqqi və pişrəft tapsın, onlar da sən kimi olseydilər, sən kimi biqabiliyyət qalardılar. Əcəba ki, bizim camaat heç bir əməllərinə tərəqqi vermək fikrində deyil, bəlkə tənəzzül verməkdə səy edir. Lakin xalq öz məaşi-əbdanlarına tərəqqi verməyə anənfəanən millət, dövlətləri zəif olur.

Heyhat ki, sərgərdan qalmışıq, nə üçün ki, tüfuliyyətdə pirəzənlər bizlərə bir para nağıl deyiblər və hər dəm deyiblər: bala, insanın alnında yaxşı-yaman, izzətzillətdən hər nə yazılıb o olacaqdır. Bu söz bizim başımıza girib. Ondan bizi mollaya qoyublar, bizə Hafiz kitabını,

Mey dü salə və məhbub çəhardəh salə99

- dərsini oxudubdur. iüəra bizlərə belə dəlalət edib. Üləmalarımız daim dünyanı məzəmmət ediblər. Münəccimlərimiz deyib sitarəniz hər nə göstərə onu görəcəksiniz. Dərviş deyib gərək əhli-kəsvət olasan, ta ülumi-kimya və qeyrisinə biduni-təhsil kəşf olsun. Lihaza elmdən bixəbər olub öz təkalifimizi anlamayıb mütəhəyyir qalmışıq.

Pəs millət, dövlət qeyrəti çəkən qardaşlar gərək xəyalat və qəvaidimövhuməni kənara qoyub başarıq və qüvvə sahibləri əsbab, alati-tərəqqiyyat və məktəbxanalar bina edib maşın və ustadlar gətirib və ətraflı qaideyi-ülum ilə tərbiyət etsinlər, ta kəm-kəm baxəbər olub öz məaşi-əbdanına lazım olan işləri əmələ gətirsinlər. Axır, insaf, təfəkkür yaxşıdır: Laməhalə bunu mülahizə etmək ki, haçanacan sair millətlərə möhtac olaq, bizim Quran və kitablarımız xarici kağızlarında yazılsın və bizim ətfal və cavanlar bikar, bielm, bitərbiyət olub əksəri əcamirü ov-başlar ilə papağın kəc qoyub küçələrdə yar-yar oxuyub gəzsinlər? Aman bu qism əcamirü ovbaşdan ki, xalqın yamanı onlardılar! Özləri cəhənnəm, bir müsəlmanın övladın qoymazlar ki, adam olsun.

Baqisi gələn fəsil.

Əhsənül-Qəvaid

  • * *

D ə r b ə n d d ə n . Dünyada hər bir şəhərin özünə münasib sənətkarlığı var, savayı Dərbənd. Bizim əhl həmişə boyaq dalınca olduğuna ancaq buyuruq verməyə adət edib. Boyaq dadistədini həmişəlik hesab edib, elm və sənət təhsil eləməyiblər. Bizim şəhərdə nə qədər dülgər və xarrat varsa, tamam İran əhli, ermənidirlər ki, yaxşı pul qazanırlar.

Xəyyat bizim əhldən 1-2 nəfərdir ki, çuxa şalvarlardan alahı libas tikmirlər, amma palto, kürk və qeyri libasları tikənlər erməni, rusdurlar ki, yaxşı pul alıllar. Qərəz, çəkməçi, saatsaz, zərgər, ahəngər və əqləbənd tamam qeyri vilayət əhlidirlər. Bu sənətlərdən əlavə 30-40 nəfər həmşərilər rəngsazlıq edirlər. Müxtəsər kəlam, bizim şəhərin kəmbəxt xəlaiqi bu qədər sənətləri əldən verib özləri məəttəl və sərgərdan qalıblar və əgər indi ol sənətlər bu darlıq vaxtda əlimizdə olseydi, az iş deyil idi.

Amma çifayda, sənətkarlıq nəfindən və elmindən bixəbər olmaqlarına binaən, genə məhəl qoymurlar və camaatdan həm heç kimin xatirinə gəlmir ki, bu gündən sonra insan hər bir sənət üçün elmə möhtacdır.

Bari gələcək vaxt üçün məktəbxanalar səyində olub, elm səbəbilə uşaqların sənətkarlığa və işlərə həris eləsinlər ki, özləri çəkən zillətləri uşaqları çəkməsin. Belədə bir sənət məktəbxanası bizim şəhərdə olsa yaxşı olmazmı?

Əlimədəd Abdulla oğlu