Məzmuna keç

"Əkinçi", 16 yanvar 1876, №1/Əkin və ziraət xəbərləri

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 16 yanvar 1876, №1

Məktub

3) Kotanın taxtası. Taxta gəvasin və qılınc kəsdiyi şuxmu qalxızıb, çökürüb əzməkdən ötrüdür. Taxtanı kotanın binasının böyrünə - gəvasin başlanan yerə bərkidirlər. Taxta düz olsa, şuxmu yaxşı çökülməz, gərək onun ortası çökək ola və belə taxtanı ağacdan ayırmaq çətin olduğuna onu dəmirdən qayırmaq yaxşıdır. Taxta gödək və ortası çökək olduqcan şuxmu yaxşı çökürüb əzir, amma uzun olduqcan onun çökəyi az olur və şuxmu yaxşı əzmir, lakin gödək və çökək taxtalı kotan çox, uzun taxtalı kotan az güc istər. Dəmirdən qayrılmış yaxşı gödək taxtanın uzunu bir arşın bir kərəhdən, bir arşın bir çərəyəcən olur, amma uzun taxtanın uzunu bir arşm üç çərəkdən iki arşın iki kərəhədək olur. Taxtanı kotanın sağ tərəfinə möhkəm edirlər, amma belə bir tərəfə bərkinmiş taxtanı kotanla ancaq dolama şuxm etmək olur, yəni onu elə sürmək olmaz ki, iki cızıq yana-yana düşsün. Ona binaən dağ yerlərində ki, dolama əkmək məqdur deyil, taxtanı elə möhkəm edirlər ki, bir tərəfə gedəndə sağ tərəfə isə, geri qayıdanda onu sol tərəfə bərkidirlər və cızıqları yana-yana çəkirlər. Amma belə taxtası dəyişlənən kotan şuxmu yaxşı əzməz.

4) Kənə, yəni kotanın binası. Kənə kotanı düz saxlamaqdan və onun hissələrini bir-birinə bərkitməkdən ötrüdür. Kotan düz duranda cızıqlan da düz çəkər, kənə uzun və enni, yəni ağır olduqcan kotanı düz saxlamaq asandır, amma yüngül olduqcan heylə saxlamaq çətindir. Ona binaən kənəni dəmirdən qayırmaq yaxşıdır ki, o kiçik və ağır və möhkəm olsun. Kənənin uzunu üç çərəkdən bir arşmacan və eni iki kərəhdən iki kərəh yarımacan olur.

5) Qır. Kotanın qın ona mal qoşmaqdan ötrüdür. Onu ağacdan ya tamam dəmir olan kotan üçün dəmirdən təmir edirlər. Əgərçi qın düzdə qayırırlar, amma onun qılınc taxılan yeri bir az qalxaq olsa yaxşıdır. Ona binaən ki, bəzi vaxtda gəvasin şuxmu altmdan kəsir, taxta onu qalxızır, amma qılınc onu böyürdən kəsib qurtarmayıbdır. Ol vaxtda şuxm qırın qalxaq yerinə dirənib kotanı ləngidəndə, qılınc şuxmu kəsib tamam edir.

Diyircəksiz kotanın qırının uzunluğu bir arşın üç kərəhdən bir arşın dörd kərəh yarımacan və ucu ya qalxaq, ya aşağı olur, amma diyircəklininkinin ucu həmişə qalxaq olur, onun ucu qalxaq olmağına binaən qırı bir az qısa etmək və yeri dərin ya dayaz etmək olur.

6) Dəstə. Dəstə kotanı düz saxlamaqdan ötrüdür. Dəstə iki olur, onlar əyri və uzun olduqcan yaxşıdır. Doğrudur, diyircəkli kotana bəzi vaxtda bir dəstə qayırırlar, amma onu bir dəstə ilə düz saxlamaq müşküldür.