Məzmuna keç

"Əkinçi", 16 yanvar 1876, №1/Məktub

Vikimənbə saytından
Əkin və ziraət xəbərləri "Əkinçi", 16 yanvar 1876, №1

Təzə xəbərlər

Keçən fəslə binaən gərək əqlin vəsfində ərz edək. Əvvələn, əql nədir və necədir? Qəzetdə küncayiş olmaz, amma əql, mərifət, beynülnas ki, deyirlər filankəs aqildir, görək bu əql maddidir ya kəsbi? Bəli, bu əql həm maddidir, həm kəsbi. Məsələn, yerin kəmunində olan su kimi. Necə ki, onun üstündən torpağı götürüb işdətmək və qüvvətləndirmək və nəhr edib quru yerlərə aparmaq səbəbilə o yer zində olur və minəl-maküllü şeyin həyyi67 əvarazi-əmvatda bağ və bəsatin, gül və riyahin, əşcari-əsmar əmələ gəlir ki, xalq bəhrəmənd və ləzzətbərdar olurlar, həmçinin əql də işlədib cəhalət torpağın üstündən götürüb təhsili-kəmal səbəbilə bağati-hirfət və əşcari-sənaət əmələ gətirir ki, xalq bəhrəmənd və məşğulinəf bərdarlıq olurlar, mütəfərriq və pərişan olmazlar. Pəs lazımdır əqli-məaşı işlədib ülumi-əbdan əxz etmək. Əvvələn, əkl və şürb möhtacdır ülumi-ziraətə. Hifzi-səhhət, dəfi-mərəz möhtacdır ülumi-təbabətə. Məlbusat və sair mayəhtaclar möhtacdır ülumi-sənaət və ticarətə və qis əla haza68 hər əməl üçün onun elmi lazımdır əl elm sümməl-əməl69. Əl əməl və bilaelm və vəbalün70. Ġnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsili-üluma. Ütlübül-elmə min əl məhdiiləlləhdi 71. Amma nəinki gərək bir adam cəmi ülumi öyrənib bilsin, bu məhaldır və heç birin itmama yetirmək olmaz. Lazımdır hər kəs bir elmə ki şüru elədi, onu müntəhaya yetirsin, yəni onun cəmi üsul və fiqhin bilib məqami-ictihada yetişsin ki, sonra özü o elmdən bir elmi-digər ixtira edib ya o elmə rövnəqi-təmam versin ki, cəmi ülum bir-birindən iqtibas olub artar və bunların hamısı möhtacdır əmniyyətə.

Pəs təhsili-ülum insana vacibdir necə ki, bizim peyğəmbərin bu fərmayişindən məlumdur: Ənnasü alimün əf mütəəllimün vəl-baqi hüməcün, yəni eşşək ansı ki, nişi olur, amma balı olmaz. Pəs gərək qəlbin aynasın pak etmək ta nuri-əql ona tabidə olub zülməti-cəhli götürsün. Necə ki, günün işığı kor gözə kar etməz, həmçinin əql də bədən aləminin günüdür. Gərək qəlb gözü açıq olsun, ta nuri-əql ona tabidə olub, işıqlanıb ülumu dərk etsin.

Gələn fəsil cəhl məzəmmətində və tərbiyətin vəsfində əl-əql ma əbdəhu bihir-rəhman72 hədisinin şərhində zikr olunacaq.

Əhsənül-Qəvaid

  • * *

"Əkinçi" qəzetinin 11-ci nömrəsində 2 fəsil elmi-əbdan bəhsində yazılmış idi. Fəsli-əvvəl Əhsənüd-Qəvaid ki, öz xəyalın tərzi-münasibətilə ki, əsbabibədəniyyətə münkər olmayıb bir daş ilə min bir budağı vurubdur. Fəsli-sani Badkubəli molla ki, bişi-mətləbi ilə rədd cavaba iktifa etməyib ərəb övrəti üzün örtmək istəyib, övrət eynin açan kimi özgə millətlərə sataşıbdır. Mollayi-məzkur cənabından iltimas edirəm ki, mətləbi-xəmsənin bəhslərin bir növ ilə ki, mücəddədən bəhsi-varid kəlməsin əda buyursunlar.

Əvvəlinci mətləb ki, molla buyurmuş müsəlmanların əqli-məaş əllərindən verməyi böhtandır. Əgər belə olsa onların töxmi-vücudları məlum olurdu. Əvvələn, əgər desə ki, məaşdan əhli-islamın muradı, məhz xəlq və dəlqü cəlqdir, bunlar bilcümlə bəhaimdə də tapılır. Bəlkə heyvanatın məqamı bu ehtiyacı özündən rəf eləməkdə insandan artıqdır. Ona binaən ki, heyvanat dünyaya gələndən heç bir köməkçiyə və onu mühafizət edənə möhtac olmayıbdır. Hətta bir naxoşluq onlara üz versə, bəzi ələfiyyatı yeməklə özlərinə müalicə və müdava edirlər. Amma bexilafi-insan ki, hər halətdə özündən qeyrisinə möhtacdır, pəs insanın şərafəti heyvandan nə ilə olacaqdır?

Saniyən, müddəi ki, əhli-islamın nə Quranına, nə peyğəmbərinə və nə hədisinə qail deyildir və bu sualı müsəlmanların payeyi-fəzl və kəmalın bilməkdən ötrü edibdir, əgər desə ki, mən elmi-əbdan və əqli-məaş məqsudun soruşdum ki, bilim həzrətin muradı ol kəlamından nə imiş, zahiri mənasını məktəb uşaqları həm bilirlər. Təəssüb və cədəl yolu ilə meydana gəlib bu ayeyi-şərifənin ki, küllü hizbin bima lədey-him fərihun73 yazıblar, mənasının mənim sualıma nə münasibəti var? Salisən, əgər desə ki, müsəlmanların töxmi-vücudları ədəmə mübəddəl olmamaq elmi-əbdan və əqli-məaş müsəlmanların arasında olduğun sübut edir, üləmayi-islam və qayeyi-məmaliki-xariciyyə mütəvəcceh olsalar, əlbəttə şəkk eləməzlər ki, müsəlmanların anən-fəanən töxmi-vücudları ədəmə mübəddəl olur. ol vaxtda, əlbəttə, onun əlacının dalınca olurdular.

Rabiən, tutaq ki, hər tayfa özünə münasib səliqə ilə məaş və hifziəbdanların hifz ediblər. Məsələn, əkinçilik elmlərin təkmil etməyə maşın gətirib, əqəllən 50 fəhlənin işin bir adam etməklə məhsulatı artırıb, xərci az eləməklə buxar gəmiləri və dəmiryollar qayırmaqla və genə yüz belə sənətlərə tətəbbö’ edib, əsbabi-istirahət və asayişi xəlqə dürüst gətirməklə və əqsami-ülumda tərəqqi eləməklə və bunlara münasib əməlləri ilə nə ki özləri bənəfseyi-hifzi-əbdan və məaş edirlər, bəlkə müsəlmanların da ehtiyacların rəf edib bu tərzlə dövlətlərinə və millətlərinə qüvvət verirlər və bu məratibin heç birisinin nəhyində nə bir ayeyi- Quran və nə bir nəssi-nəqli və əqli varımızdır.

Bizim xalqın cümlə libasları və bilküll əsbabi-istirahətimiz aynadan tutub suzənə kimi ki, libaslarımızı tikirik, xaricə sənətkarlarının əməlidir. Ġslam əhlinin, cənab ağa, hansı sənətin bunlara müqabil tutaq? Rusiya vilayətindən gələn undan bayramlarımızda həlviyyat qayırırıq, gərçək danəsi ki, müsəlman vilayətlərinin cümləsində əkilib əmələ gəlir və bəzi vilayətlərdə onun yağını neft əvəzinə yandrırlar, amma bizlər naxoşa verməyə labüd qalıb onun yağını xaricə dərmanxanalarından alırıq.

Xamisən, həzrəti-rəsulillah cəmi ülumu-elmi-əbdan və elmi-ədyana münhəsir buyurdular. Elmi-əbdana və əqli-məaşa hükəma-hikmət-əməli ad qoydular ki, təksiri-əbdani-insan və heyvan və nəbatat və hifzi-əcsad, cəmadiyyeyi-bina və tə’mir və hifzi-imarət və əxzi-filizzat və onlara təsərrüf eləməkdən ibarətdir. Ayə: ələm tərə ənnəl-lahə səxxərə ləküm mafil-ərzi vəl fələk ilə axirə74.

Badkubədə yüz il bundan əqdəm üləma və flizəlayi-islamın vücudimübarəklərilə Badkubə neftindən üç yüz tümən Ġran pulu yüz min zəhmət ilə vüsul olurdu. Amma keçən ildə 16959 put Ġran məmləkətinə, 1319766 put Rusiya məmləkətlərinə neft cövhəri aparıbdılar. Putu 50 qəpikdən hesab eləsək 667362 manat 50 qəpik qəti-nəzər neftin qalan xıltından cövhər qiyməti olur. Bu tərəqqi aya hansı müsəlmanın tədbirilə zahir olubdur ki, elmi-əbdam əllərindən vermək onlara böhtan ola?

Baqisi yazılacaq.

Heydəri