"Əkinçi", 18 dekabr 1875, №11/Məktubat
←Əkin və ziraət xəbərləri | "Əkinçi", 18 dekabr 1875, №11 |
Təzə xəbərlər→ |
"Əkinçi" qəzetində cənab Heydəri sual edib ki, həzrət Məhəmmədül- Mustafa elmi-əbdanı elmi-ədyandan, əqli-məaşı-əqli-məaddan ayırmaqda o həzrətin mənzuru nə idi? Bir möhtərəm şəxs buyurduğuna binaən katib ərz edir: bu mükalimənin iki surəti var, birisi ki, həqiqətül-əmrdə bu mükalimə vüqu olub və cənab Heydəri cavab istəyib və birisi ki, cənab Heydəri müsəlman camaatını mütənəbbeh və huşyar qılmaqdan ötrü hikmət təriqindən bu lisan ilə yetirir ki, ey yaran, nə yatıbsız, oyanın, kərvan rəftə ma mandə, əcəb bixəbərim.
Elmi-əbdan və əqli-məaşın mənasında çox kuşeş lazım deyil, elmi-əbdan bədənləri cəmi əqsami-əvarizati-məkruhədən hifz və asudə eləməkdir və əqli-məaş həm əbdan üçündür. Elmi-əbdanı ayırmağın hikməti budur və əqli-məaşın mənası farsidə güzəran və türkidə dolanacaqdır.
Və sailin məramı bu sualdan o həzrətin mənzurunu və bu fərmayişin hikmətini axtarıb istəməkdir. Lihaza ona başqa cavablar lazım olmaz. Məgər ki, qüsuru öhdəyə tutub demək: çün o həzrət alim idi ki, yövmən-fəyövmən gün tərəqqi tapacaq və zəmanənin təqazasilə işlər dəyişəcək və ənva, əqsam hünərlər və sənətlər və əcibə işlər vəz olunacaq və bunların hamısı əbdan və məaş üçündür. Fəlihaza elmi-əbdan və əqli-məaş ki, cəmi ümuri-kəmaliyə bu iki sözün təhtindədir, biz camaata əmr elədik ki, ol vaxtda biz camaat da elmi-əbdan əqliməaş təhsil eləyək, ta ki sair millətlər miyanında dolanaq, bisaman qalıb payimal olmayaq. Vəli biz camaat bəzi məvaneə görə qafil olub, bisaman qalmışıq. Çünki e'tiraf bəqüsurüqəla nəzərində mühəssəndir, şayəd bu cavab o suala mütabiq olsun və amma ikinci surətdə ki, cənab Heydəri hikmət təriqətindən sual eləmiş olsa, katib dəxi ona şərikəm və onun sözünün qüvvətində hikmətamiz sözlərim var. Ehtimal var ki, bundan sonra elmi-əbdan və əqli-məaş hədisinin şərhində kəm və biş zikr oluna.
Əhsənül-Qəvaid
Cənab Heydəri elmül-əbdan və əqlül-məaş hədisinin barəsində fazil rus dilindən elədiyi suala cavabdır: əvvələn, əhli-islama əqli məaş və elmül-əbdanı əllərindən verməklik böhtandır. Əgər belə olsa əhli-islama lazım gəlir ki, təxmibəvücudları ədəmə mübəddəl olsun, bəlkə hər tayfa özünə münasib səliqə ilə məaş və hifzi-əbdanların hifz ediblər. Küllü hizbin bima lədeyhim.
Saniyən elmül-əbdan ibarətdir o elmdən ki, ondan bəyan ola insanın bədinə nəf və zərər edən əşya və əqlül-məaş ibarətdir o mərifətdən ki, insan güzəranlıq babında lazım olan ümuru riayət və tədarük etsin, müəssir olduqcan. Salisən, nəf və zərər edən şeylər və lazım olan əmrlər ya insanın öz təcrübəsilə olur ya həkimi-haziq ki, öz müalicəsində təxəllüf tapılmaz və əqli-küll və sahibrəyi-kamildir, o bəyan buyura. Əvvəlinci fəqərə lazım tutar ki, bu şəxs gərək min-min insanı tələf etsin, ta ki təcrübəyə çatsm. Ġkinci fəqərə ne’mətdir üzma, xoşa o şəxsin halına ki, o ne'məti-üzmaya vasil və tabe ola.
Rabiən, ərbabi-mə'rifət külli-millətlər Məhəmmədül-Mustafa peyğəmbərin sahibrə'yi-kamil olmaqlığında bahis deyillər. O cənabi-müzar və mənafeyi-dünyəvi və üxrəvi biltaman az olan zamanda Qurani-məciddə xəbər verib və əhkami-xümsə vücub və hörmət və istehbab və kərahət və mübah əqsamüə xəvasi-əşyai bəyan edib və şəriəti-əhli-islam mücərrəd ibadəti-behişt təməinə və ya cəhənnəm xofuna müxtəs deyil, bəlkə şəriətdəki Qurani-məcidin şərhində müdəvvəndir əhkamiticarət və adabi-qəzavət və siyasət və riyasət və ülumi-səmavi və ərzi və keyfiyyəti əklü şürbi müfəssələn mübindir.
Xamisən, dünya və dünyəvi ibarətdir bu aləmdə əmr etməklik zamanında vaqe olan ümurdan və axirət və üxrəvi ibarətdir o aləmdən ki, zamanı çox tulani və neməti və xəsəratı daima ola.
Sadisən, çünki dünya və axirət əmreyni mütəfaviteyidirlər 60 , pəs hər ikisində mərtəbeyi-kəmali-təhsil etmək bir şəxs üçün əmri-məhal məhsub olur və əhli-islam axirət ümidinə o qədər bu dünyada bəhrə-mənd olurlar ki, kəsbi-axirət onlara müyəssər ola və qayət kəmal və mərifət tamam bu aləmdə onlara lazım olmur. Amma sair millətlər bu dünyanı nəqd bilib öz ovqatların bu az olan ömrün zindəganlığına sərf edirlər. Guya ki, axirətə və’də edən olur xilaf və’də edə. Haşa ki, xudavəndi-aləm sadiqül-qövl və qadirdir və o əşxasi ki, əhli islam məhsub olallar, lakin nə axirət təhsilində və nə dünya zindəganlığında həzz-bərdar və bəhrəmənd deyillər, dərəceyi-etibardan saqitdirlər və bu gunə əşxasın hər millətdə vüfuru vardır və əhli-islam sair millətlər ilə əmr etməkdə və yeyib içməkdə və mərizlərə şəfa verməkdə müsavi güzəran edirlər və əhli-islam pəs hərgah öz mətləblərinə vasil olalar xoşbəxt olacaqlar və illa bu az ömrdə şəxs özün sabunla yuva və ya su ilə yuva və gündə bir dəfə öz libaslarına təzavət verə və ya ayda bir dəfə heç bir təfavüt yoxdur. Göyçək və çirkin - hər ikisi torpaq altında qalacaqdır. Pəs necə olur o vaxtda ki, əhli-islam bu dünyada zəhmətinin müqabilində mütənnə’m daimi ola və bu dünyada ömrün xoşgüzəranlığa sərf edən mə'yus ola zalikə hünəl-xosranül-mübin61 və əfradi-əhli-islam bu dünyadan az tutmaqda və qədri-zərurətə iktifa etməkdə vəklu vəşrəbu vəla təsrifu62 ayəsindən elmül-əbdam istixrac etməyində yalqız deyillər, bəlkə Məhəmmədül-Mustafa peyğəmbər və tabeləri və sair ənbiyai-mürsəllər, hətta Ġsa bəni haviyi-rəhnüma dünya zindəganlığın bəqədri-zərurət mə’mul ediblər. Xoşa o şəxsə ki, atasının sözünə baxa və əcaba o şəxsə ki, öz bildiyin çağıra, necə ki, uşaqlar küçələrdə oynallar və böyük kişilər onlara guşeyi-çeşm ilə təəccüb edib güləllər, əhli-islamın nəzərində sair millətlər də bu timsal ilə görünüllər.
Badkubəli molla
Bizim müsəlmanlar bədbəxt olub sünni və şiəliyi və bir neçə məzhəb adablarını yoxlamağa binaən həmişə bir-birilə düşmənlik ediblər. Çünki indi elmül-əbdan və əqlül-məaş hədisinin barəsində mübahisə düşüb və hər iki tərəf oxuduğunu qeyri cürə başa düşür, ona binaən bizim üləmalardan iltimas edirik ki, ol hədislərin hikmətini xalqa bəyan etsinlər, ta ki bizim aramıza təzədən ayrılıq və düşmənçilik düşməsin. Münşiyi-”Əkinçi"yi-Qafqaz qəzeti Peterburq qəzetindən rəvayət edir ki, ə’lahəzrət Ġran padşahının əqvamından əvvəlinci vəzirin oğlu Hacı Mahmud Hüseyn xan iki il bundan sabiq şah Moskvada olanda xaçpərəst olub və indi monastıra giribdir və soruşublar ki, vətənüvə getmək istəmirsən? Cavab verib ki, getsəm başımı qopararlar. Yəqin bu xəbəri yazan "Russki mir" qəzeti olub. Ona binaən ki, şah hənuz Rusiya məmləkətlərinə daxil olmamış məzkur qəzet ittilaı olmağa şahın rikabi-hümayununda olan ə'yani-dövlətin və mülazimlərin əlqabın təfsilən bəyan eləmişdi, amma sonra məlum oldu ki, ol xəbər saxtadır.
Zikr olan qəzet belə xəbər çıxarmağına səbəb oldur ki, onlar xəyal edirlər ki, bu babda hər nə yazılsa, heç kim həqiqətinə yetişməz. Əvvələn, şahın rikabında heç zikr olan adlı adam olmayıbdır. Saniyən, Hacı Mirzə Məhəmməd Hüseyn xan şahın əvvəlinci vəzirinin məxsusi adıdır. Salisən, o ad heç müsəlman adlarının rədifilə müvafiq deyildir. Rabiən, şahın məzkur əvvəlinci ministirinin zükurən və ünasən heç bir övladı yoxdur. Əgərçi müsəlmanlar zikr olan qəzeti oxumurlar və onları həcv elədiklərin eşitmirlər, amma ol xəbəri çıxararının bu gunə rəftarı insaniyyət rəsminin xilafıdır.
Heydəri