Məzmuna keç

"Əkinçi", 18 dekabr 1875, №11/Təzə xəbərlər

Vikimənbə saytından
Məktubat "Əkinçi", 18 dekabr 1875, №11

Osmanlı dövləti öz xaçpərəst tabelərilə cəngləri qurtarmaqdan ötrü Rus, Nemes və Avstriya dövlətlərinin məsləhətinə binaən onlara müsəlman tabelərində olan ixtiyarlan veribdir.

  • * *

Süveyş kanalını təmir edən icmam bir calisi də Misrin xədivi olub indi xədiv öz məxsusi 1760 hissəsini İngilis dövlətinə 25000000 manata satıbdır. Bu barədə qeyri dövlətlər çox heyifslənirlər ki, onu almayıblar.

  • * *

Malay nimcəzirəsində ingilis konsulunu Piran hökumətində öldürüblər. Ġndi ingilis əsgərləri ol hökuməti zəbt edib deyirlər özünə tabe edəcək. İngilis tüccarları vəzirlərinə ərz ediblər ki, İranda rus malı ingilis malından ziyadə satılır və təvəqqə ediblər ki, İran dəryalarında ticarət gəmilərin artırsın.

  • * *

Gələn yanvarın 1-dən Dərbənd, Petrovski və ġura şəhərlərində miravoy sud qoyulacaq.

  • * *

Dörd gün əqdəm dustaqxanamızdan qaçan 9 dustağın hamısını tutublar.

  • * *

Dekabrın 2-də bir rus vaporu 15 adam və mal ilə Qara dəryada qərq olub. Moskvada bir şəxs ilxısı üçün bir ayğır at 10000 manata [alıb].

  • * *

Gələn il yayda Amerikanın Filadelfi şəhərində hər bir vilayətdə qəribə təmir olan şeylər göstərəcəklər. Rusiya şeylərin indi Peterburqa cəm ediblər.