Məzmuna keç

"Əkinçi", 18 noyabr 1875, №9/İrəvandan məktubdur

Vikimənbə saytından
Elm xəbərləri "Əkinçi", 18 noyabr 1875, №9
Müəllif: Məhəmmədəli bəy Vəliyev
Təzə xəbərlər

20 ya 30 il bundan əqdəm İran dövlətinin Qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe olan iurəgil adlı yerə köçmüş imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürdməyə hökm olunub. Bu əmrdən ötrü cənab Mirzə Haşım xan ioragilə varid olub, ol tayfadan 500 ev İrana göndərib və qalan 1000 evin iltimasına binaən onlara möhlət verib ki, torpaq məhsulatların götürüb sonra köçsünlər. Bu halda xəbər var ki, onlar da bu günlərdə köçəcəkdirlər.

Bu qərardadlardan belə mə’lum olur ki, ə'lahəzrət şahi-İran Avropa səyahətindən sonra bu xəyala düşüb ki, hakimlərinin zülmündən xaric məmləkətlərə pərakəndə olan İran rəiyyətlərini cəm edib onların xüsusunda lazımi qanun və nizam qoysun ki, hər bir rəiyyət asudə öz işinə məşğul olsun, heç kəsin haqqında bundan sonra hakimiyyət tərəfindən cəbr və zülm olmasın.

Ümidvarıq ki, şahın bu binagüzarlığından sonra İran dövlətinin rəiyyətləri hakimlərinin zülmündən xilas olub sair dövlətlərin rəiyyətləri kimi öz vətənlərində kəsbkarlığa məşğul olsunlar.

Fi 2 şevval Məhəmmədəli bəy Vəliyev