"Əkinçi", 20 sentyabr 1875, №5/Elm xəbərləri
←Əkin yerindən danışır | "Əkinçi", 20 sentyabr 1875, №5 |
Təzə xəbərlər→ |
Bir heyvan öləndən sonra onun əti iyiyən zaman o ətin suyu ki, heyvanın
qanıdır zəhər olur. Əgər o qan sağ heyvanın ya insanın qanına dəysə, ol vaxtda
onlar zəhərlənib vəfat edirlər. Onun zəhər olmağın belə imtahan etmək olur. Əgər
iyirmi dovşanı bir-birinə bağlayıb on gündən ölmüş atm qanından iki damcı onların
birisinin ətini yaralayıb ol yaraya tökəsən və iki dəqiqədən sonra əvvəlinci
dövşanın yarasından iki damcı qan götürüb ikinci dovşanın qanına qarışdırasan, bu
minval ilə onların hamısını yaralayıb birisinin qanını o birisininkinə qarışdırasan,
ol vaxtda onlar hamısı ölür. Əgər hər dovşanın qanını bir girvənkə və hər girvənkə
qanı min damcı hesab etsək, ol vaxtda əvvəlinci dovşanın beş yüz damcı qanına bir
damcı atın qanını töküb ol dovşanın qanından iki damcı ikinci dovşanın qanına
qarışdıranda atın qanından ikinci dovşanın qanına bir damcının mində bir hissəsi,
iyirminci dovşanın qanına atın qanının bir damcısının min milyondan bir hissə
qarışıb, amma onilə belə iyirminci dovşan da ölüb. Pəs ölən heyvanın qanı çox
bərk zəhər imiş. Ona binaən iyimiş cəmdəyi əl ilə tərpədəndə sər-hesab olmaq
gərək ki, əldə yara olsa, cəmdəyin suyu yaraya dəyməsin və əgər qəfilcən yaraya o
su dəymiş ola, ol vaxtda yara qızarmağa başlayanda məlum olur ki, ona zəhər
dəyib. Belə olan surətdə məsləhətdir ki, yara olan yeri, məsələn, barmağı kəsib
atasan.
Hər malın südü bir xasiyyətdə olmaz, yəni bəzi süd duru və bəzi qəliz olur.
Duru südün suyu və qəliz südün qaymağı çox olur. Ona binaən sağmal mal alan
kəslərə məsləhətdir onu alandan irəli onun südünü imtahan eləsinlər. Belə imtahanı
yaxşıdır bir şüşə düdük ilə edəsən ki, o düdük dərəcəyə bölünmüş ola. Onun içinə
on dərəcə süd töküb onun qaymağı tamam yığılıncan saxlananda əgər on dərəcə
süddən bir dərəcə ya on qaşıq süddən bir qaşıq qaymaq əmələ gəlsə, süd yaxşı
süddür. Elə ki, onun qədəri az oldu süd yamandır.
Yayda isti olduğuna heyvanların tükü az və dərisi nazik olur, amma qışda
onların tükü çox və dərisi qalın olur. Həmçinin təzə doğulan heyvan əgər yayda
doğulmuş isə onun dərisi nazik və tükü az olur. Amma qışda doğulanların tükü çox
və dərisi qalın olur. Bu səbəblərə qış dərisi yay dərisindən artıq qiymətə gedir. Ona
binaən ki, qışda dərisinin tükü çox olduğuna isti olur və onlar yumşaq və qalın
olduğuna onlardan qayrılan şeylər əla olur.
Meyvələrin çürüməyinə səbəb onlara hava dəymək ilədir. Əgər hava
dəyməsə, meyvə çürüməz. Ona binaən meyvələri çox saxlamaqdan ötrü yaxşıdır
onları havadan mühafizət edəsən. Onları bir neçə tövr ilə, o cümlədən ərimiş muma
batırmaqla havadan mühafizət etmək olur. Bir qabda mumu əridib meyvənin
saplağından tutub onun içinə salıb çıxarasan. Gərək mum çox isti olmasın. Onu
çıxarandan sonra mum soyuyuncan yerə qoymayasan. Onları muma batıranda
onların üzündə mumdan nazik pərdə qalır. O pərdə onları havadan mühafizət edir.