"Əkinçi", 20 sentyabr 1875, №5/Təzə xəbərlər
←Elm xəbərləri | "Əkinçi", 20 sentyabr 1875, №5 |
Volqa vaporu, yəni paraxodu Hacıtərxandan Badkubəyə bu sentyabr ayının
24-də gərək gəleydi, amma 17-də gəlib. Belə deyirlər ona səbəb oldurki, sentyabrın
12-də Petrovski şəhərində axşam saat 10-da vaporun kapitanı Buxt öz fəhlələri ilə
qovğa edib. O halda ol fəhlələr kapitanı döyübdürlər. Ona binaən kapitanın
sərəncamına görə ol fəhlələri ki cümləsi 10 nəfər olubdur, dustaq ediblər və vapor
fəhləsiz olduğuna gecikib.
Quba boyaqçıları cənab sərdara alizarin barəsində verdiyi ərizəyə xəzanə
vəzirindən belə cavab gəlib. Alizarini Rusiyaya gətirmək qadağan etmək olmaz.
Ona binaən ki, Rusiya karxanaçıları onu işlətməyə öyrənibdirlər. Ondan masəva
əgər onu gətirmək qadağan olunsa, onu Rusiyada qayırallar və Rusiyanın öz
xalqına onu qayırıb satmağı qadağan etmək olmaz. Həmçinin alizarinin xərcin də
artırmaq olmaz. Ona binaən ki, onu artırmaqdan boyaqçılara xeyir də olsa tamam
Rusiya əhlinə zərər olur. Ol səbəbə ki, alizarin boyaqdan ucuz olduğuna onun
xərcini artıranda Rusiya karxanalarından qayrılan şeylər bahalanır. Əgərçi cənab
sərdara vəzir belə cavab edib, amma deyirlər ki, cənab sərdar boyaqçılara bir neçə
il kömək etməkdən ötrü bu halda hökm edib ki, yazıb məlum etsinlər görək nə
qədər qazılmamış boyaq var. Onun keçən illəri və bu il qiyməti, həmçinin
fəhlələrin qiyməti nə qədər olub.
25 ildir Tiflisdə dövlət tərəfindən əkin və ziraət icması bina olub. Onun
calisləri məktəbxanalar açıb qeyri yerlərdə işlənən əsbabları imtahan edib öz
şagirdlərinə göstərirlər. Bu sentyabr ayının 25-dən oktyabrın əvvəlinəcən məzkur
icma öz bina olmağını yad-bud etməkdən ötrü öz calislərini və hər əkinçini qonaq
çağırır ki, onlara zikr olan əsbabları və onların işini göstərəcəkdir.
İstanbuldan "Birjevoy vedomosti" qəzetinə yazırlar ki, Qerdseqovinə buntu
aşkar olan zaman Osmanlı dövləti ona məhəl qoymurdu. Elə ki, xəbər gəldi ki,
ətrafda olan xaçpərəstlər kömək edirlər və bu işdə slavyan millətinin birləşməyə
qəsdi var və slavyanların başçısı Rus dövləti onların tərəfini saxlayacaqdır, ol
vaxtda Asiya və Afrika qitələrindən əsgərləri İstanbula gətirib gəmi ilə
Qerdseqovinəyə göndərdilər. Ġndi Sərvər paşa İstanbula tel vurub ki, Avropa
dövlətlərinin konsulları Qerdseqovinə əhlinə məsləhət edincən ki dava etməsinlər,
Osmanlı əsgəri ol yeri tamam zəbt edib.
Kokanın əhli öz xanları Xudayar rus sərhəddinə qaçandan sonra özlərinə
təzə Xanzadə adlı xan zübdə etmişlər imiş. İndi general Kaufman tel vurub ki, bir
neçə dəfə düşmənlərin əsgərlərinə faiq gələndən sonra məzkur Xanzadə onun
qabağına çıxıb Kokan şəhərini ona təslim edib və ətrafında olan köçərilər tamam
itaətə gəliblər.
Tehrandan “Ġndipendans Belği” qəzetinə yazırlar ki, bu il şah ġiraza getmək
istəyir idi, amma getmədi. Ona binaən ki, orada aclıq var. Bu sözləri yazan deyir,
xülasə, Ġran dövlətinin xəzanəsi boş və xalqının ovqatı təlx olubdur və əgər şah
tezlik ilə dövlət işlərinə binagüzarlıq etməsə, işlər xərab olacaqdır.
Ural kazaklarının yerlərində təzə əsgər qaydasın qoyandan sonra bəzi
şəxslər ol əmrə razı olmadığına binaən hökm olunub ki, onları öz külfətləri ilə
tutub Türküstana göndərsinlər və orada onlardan rus kəndləri bina etsinlər.
"Nedelya" qəzeti yazır ki, buçağadək bir neçə yüz adam bu səbəbə Türküstana
göndərlənib.
Krımdan "Birja" qəzetinə oranın müsəlmanları Osmanlıya köçməklik
səbəblərindən kağız yazan deyir ki, onun ümdə səbəbi oldur ki, onlara Osmanlıya
getməyə pasport vermək qadağan olub. Ona binaən müsəlmanlar gizdin dəstə-dəstə
qaçıb gedirlər.
1873-cü ildə Rusiya dövlətinin beş yüz on iki milyon manat mədaxili və beş
yüz otuz doqquz milyon manat xərci olub. Ġndi mədaxili və xərci bərabərdir. Bu
halda Rusiyanın iki min milyon manat borcu var, o borcdan iki yüz milyon manat
dəmir yollarına xərc olunub.