Məzmuna keç

"Əkinçi", 21 avqust 1875, №3/Pyatiqorskidən məktub

Vikimənbə saytından
Meşə salmaqdan danışır "Əkinçi", 21 avqust 1875, №3

Təzə xəbərlər

Rostov və Vladiqafqaz dəmiryolu avqust ayının əvvəlindən Vladiqafqaz
şəhərindən Rostov və Rusiya tərəfinə bimane müsafir və yük götürür. Bu il dəmir
yol açılmaq səbəbinə ki, kirayə ucuz və müsafir tez və rahat yol gedir. Rusiya
şəhərlərindən və qeyri məmləkətlərdən Pyatiqorskda olan mədən sularından
mənfəət götürmək üçün ol qədər müsafir və naxoş gəlib ki, müsafirxanalardan yer
olmayıb və şəhər içində boş evlər küllən kirayə verilib. Məsələn, bir ev ki, beş
arşın tuli və dörd arşın ərzi var imiş, 3 manatdan 5 manata qədər kirayə götürüb.
Məzkur müsafirlər ki, 2000-dən artıq hesab olunur, bilcümlə hər biri təxminən 300
manat şəhərdə xərc eləsə 600000 manatdan artıq şəhərdə dadistəd olub və əhlimənfəətə
yetişiblər. Heç bir il bu qədər müsafir və naxoş müalicə eləmək üçün
Pyatiqorska gəlməmişdir. Bu kəsrət və xalqın bu mərtəbədə cəm olmağma [bais]
dəmir yol açılmağıdır. Dəmir yol hər vilayətdən ki, keçib o yerin əhlinin xoşbəxt
və sahibi-dövlət olmağına bais olubdur. Ümid etmək olur ki, Badkubənin
dəmiryolu qayırılandan sonra Badkubə əhlinin baisi-vüsəti-ticarət olub Pyatiqorsk
sakinlərindən artıq mənfəət versin.
Heydəri