"Əkinçi", 21 avqust 1875, №3/Təzə xəbərlər
←Pyatiqorskidən məktub | "Əkinçi", 21 avqust 1875, №3 |
Qışda soyuq torpağa daxil olmaqdan xəbər verir→ |
İngilis dövlətinin yeri cəzirədir ki, bu cəzirə Avropa qitəsinin şimal
tərəfində vaqedir. Bu cəzirə ilə Firəngistanın arasında bir Lamanş adlı dərya var ki,
onun ərzi 73 verstdir. Firəngistanın və ingilisin dövlətli kəsləri iki icma bina
ediblər ki, o dəryanın altından quyunun içi ilə bir dəmir yol saldırıb məzkur
məmləkətləri qovuşdursunlar.
Ol dəmiryolunun tuli 75 verstdən ziyadə olacaqdır. Onun xərci 85000000
manatdan artıq olacaq. Məzkur icmalar o yolu bu şərt ilə təmir edəcəkdirlər, o yol
qurtarandan sonra 30 il onların ixtiyarlarında qalsın, yəni 30 illik nəfi onların olsun
və sonra o yol ingilis və firəng dövlətlərinə yetişsin.
Keçən nömrədə Qerdseqovinədə olan cənglərdən xəbər verdik. Ol vilayət
Bosna vilayətinin bir hissəsidir, onun 300000 qədər sakini var. Onların çoxu
slavyan millətidir. Çünki o yerin ətrafında vaqe olan Serb və Qaradağ əyalətləri
həmçinin slavyandırlar və qədim zaman Osmanlıya tabe olublar, ona binaən
məzkur əyalətlərin əhli gizdin sərhəddi keçib Qerdseqovinə sakinlərinə kömək
edirlər. Bu səbəblərə məzkur cəng şiddət edib və Osmanlı hər tərəfdən oraya əsgər
göndərib.
Ġstanbuldan ingilis qəzetlərinə tel var ki, vəzirlərin məclisində sultanın xəttişərifi
oxunub. Ol xətti-şərif hökm edir ki, Osmanlı dövlətinin hər vilayətində
karxanalar və zavodlar təmir etməyə binagüzarlıq olunsun. Həmçinin hər vilayətdə
təzə yollar salınsın. Ondan savayı məzkur xətti-şərif ilə hökm olunub ki, sultanın
öz məxsus xərcinə Ġstanbuldan Bağdada dəmir yol aparılsın.