Məzmuna keç

"Əkinçi", 22 iyul 1875, №1/Evləri sel basmağının zərəri

Vikimənbə saytından
Mal südündən yağ qayırmaqdan danışacaq "Əkinçi", 22 iyul 1875, №1

Təzə xəbərlər

Bəzi vaxtda insan sakin olduğu evləri çay, ya qar, ya yağış suyu basıb qərq
edir. Belə sel basmağın iki qism zərəri olur. Onların birisini görmək olur. Məsələn,
sel basan evlərin çoxu uçub tələb olmağı, ya o evlərdə olan mayəhtacların çürüyüb
zay olmağı. Amma onların bəzisini görmək müşküldür. Ona binaən bu zərər sel
basmaqdan əmələ gəlməyi hər kəsə məlum deyil. Əvvəlinci qism zərər insanın
canına olur. Çünki çox kəslər üçün mal candan şirindir, bu səbəbə mala olan zərəri
tez görür, amma cana olanı heç görmür.
Ġkinci qism zərərdən burada danışıq olacaq. Əvvələn sel basan evlər nəm
olduğuna, bu evlərdə sakin olanlara bəzi naxoşluqlar ariz olur. Məsələn, yatalaq,
titrədib-qızdırmaq, isal və yel naxoşluqları bu səbəbdən əmələ gələ bilirlər. Ona
binaən belə sel basan nəm evlərin divarları və yeri bilmərrə quruyuncan bu evlərdə
sakin olmaq məsləhət deyil. Saniyən, sel ilə belə gələn lil ki, qapı və bacanı basır,
onun içində çox kiçik heyvanat və nəbatat olurlar. Su çəkilib gedəndən sonra bu
heyvanat və nəbatat fövt olub, çürüyüb havanı xarab edirlər və belə xarab olmuş
havanın içində zindəganlıq edən kəslərə hava xarab olmaq səbəbi ilə məzkur
naxoşluqlar ariz olurlar. Pəs su çəkiləndən sonra məsləhətdir ki, sel ilə gələn lili
yığıb kənar edəsən. Çünki bu lil əkin yerin çox qüvvətli edən şeydir, ona binaən
çox yaxşı olar ki, o lili aparıb, əkin yerinə qarışdırasan, yəni həmi evləri bəd
havadan xilas edəsən, həmi əkin yerin qüvvətli edəsən.
Salisən, həyət-bacam su basıb sonra çəkilən zaman kiçik göllər qalır. Bu
göllərin suyu bir yerdə dayanıb qalmağına binaən çox tez iyiyib xarab olur.
Əlbəttə, belə iyimiş suyu içmək olmaz, çünki bu göllərin içində su iyiyən kimi su
quyusunun içində qalan sel suyu həmçinin iyiyir. Ona binaən belə su quyusunun
suyunu içən kəsə də məzkur naxoşluqlar ariz olur. Bu səbəbə məsləhətdir sel suyu
çəkiləndən sonra suyu içilən quyunun suyunu çəkib onu təmiz edəsən ki, bu
quyuda ancaq quyudan pəvvarə verən su qalsın ki, bu suyu içmək olsun.