Məzmuna keç

"Əkinçi", 22 iyul 1875, №1/Təzə xəbərlər

Vikimənbə saytından
Evləri sel basmağının zərəri "Əkinçi", 22 iyul 1875, №1

Elan

İtaliyadan və Firəngistandan xəbər var ki, bu il dağ və sərin olan yerlərdə
barama çox olub, amma onların çoxu xarab olduğuna, onlardan ipək az çıxıb. Bu
səbəb bu il ipək keçən ildən az olacaq.


Bu il Avropada və Amerikada buğda az olmaq səbəbi ilə gərək bizim buğda
artıq qiymətə getsin.


Peterburqda iyul ayının səkkizində şam piyinin boçkası 26 manat, neftin cövhəri 2 manat, əla inək yağı 8 manat, alçaq yağ 6 manat. Arpa və buğda
bahalanıbdır, buğdanın çetveri 11 manat 70 qəpik, arpanınkı 4 manat 20 qəpik.


Bu il Misirin xədifi Darfor mülkünü alıb, onun soltanı Həsəbalını əsir edib.
Keçən ayda soltan Həsəbalını onun üç yüz üryan həbəşi övrətləri ilə gətirib,
Ġskəndəriyyədə xədifi-Misrə təəllüq olan Darüləhmər imarətində sakin ediblər.


Xədifi-Misir Darfor mülkünü təsərrüf etdiyinə binaən Osmanlı dövləti
Misirdən artıq xərc istəyir. Bu barədə xədifin əvvəlinci vəziri Nubar paşa İstanbula
danışığa gedib.


Qəzetlərdə belə bəyan olunur ki, xədifi-Misir Darfor məmləkətini təsərrüf
edib, o məmləkətin sərhəddində vaqe olan Vaday mülkünü də zəbt etmək istəyir.


Zakona müvafiq natarius təsdiq edən vəkalətnamə iki qism olur. Birisi
gerbovoy və birisi sadə, yəni ağ kağız üstə yazılır. Əvvəlinci qism vəkalətnaməni
natarius gərək öz dəftərinə səbt etsin. Ona binaən bu vəkalətnaməni təsdiq etmək
üçün o vəkalətnaməni təsdiq elədən kəs gərək natariusa bir manat pul versin, amma
sadə kağız üstə yazılan vəkalətnaməni natarius iki qism təsdiq edə bilir. Əgər
vəkalətnaməni təsdiq edən kəs xahiş edə ki, vəkalətnamənin məzmunu dəftərə
salınsın, ol vaxtda gərək natariusa genə bir manat versin. Elə ki, ol kəs xahiş elədi
ki, natarius ancaq onun dəst-xəttini təsdiq etsin, ol vaxtda belə dəst-xətti təsdiq
etməkdən ötrü natariusa iki şahı, yəni on qəpik gərək versin.
Keçən may ayının beşində Peterburqun okrujnoy sudunda prokurorun
sekretan Maslyankovun ərizəsinə mülahizə olunub. Bu ərizədə Maslyankov bəyan
edib ki, natarius Yankin ağ kağız üstə vəkalətnamənin dəst-xəttini təsdiq etməkdən
ötrü ondan bir manat pul alıb və vəkalətnaməni dəftərə səbt edib. Amma
Maslyankov təvəqqə eləmiş olub ki, ancaq onun dəst-xətti təsdiq olunsun. Bu
səbəbə ərizəçi təvəqqe edib okrujnoy sud Yankindən doxsan qəpiyi alıb ona versin
və ondan savayı natarius artıq pul almağa binaən zakona müvafiq ona tənbeh
olunsun. Bu ərizənin cavabında Yankin cavab verib ki, zakon natariusa izin verib
hər bir kağızı təsdiq elədən kəs ilə şərt bağlasın və bu şərtə görə pul alsın, çünki
ərizəçi vəkalətnamə təsdiq olunandan sonra bir manat verib, dəftərə qol çəkib,
vəkalətnaməni alıb, bundan belə məlum olur ki, Maslyankov o bir manatı verməyə
razı olub. Ona binaən təvəqqe edib ki, Maslyankova atkaz olunsun. Okrujnoy sud
qət edib: natarius Yankinə hökm olunsun ki, Maslyankovdan artıq alman doxsan
qəpiyi qaytarıb Maslyankova versin.


Bu iyul ayının əvvəlindən Rusiyada keçən zaman işləyən iyirmi və yetmiş
qəpiklik və bir manatlıq gerbovoy kağızlarının əvəzində əlahiddə kağızlar və
markalar işləyir. Ona binaən hökm-ali olub ki, hər kəs keçən zamanın gerbovoy kağızını saxlamış isə, kağızları kazonnı palatda təzə kağız və markaya bir illik
müddətinəcən dəyişdirə bilər.


"Moskovski vedomosti" adlı qəzet bəyan edir ki, padşahlıq mülklərinin
vəzirinin dəftərxanasında balıq tutmaq barəsində təzə qanun bina olunacaq. Bu
qanun Rusiyanın qiblə tərəfində və Qafqazda işləyəcək.


Səmərqəndin yavıqlığında vaqe olan Əfrasiyab düzündə general
Abramovun hökmünə binaən yerin altında qədim şeylər axtarırlar. "Birjavoy
vedomost" adlı qəzet bəyan edir ki, buçağadək 10 qızıl, 200 gümüş, 500 mis sikkə
tapılıb. Ondan savayı bir neçə qədim möhürlər, üzdiklər və sırğalar tapılıb.
Bunlardan masəva Abramov otuz qədim yazına kitab satın alıb.


Keçən iyun ayının 13-də Firəngistanın qiblə tərəfindən vaqe olan Qurunna
adlı çay daşıb, bir neçə depertament, yəni quberniya, onların şəhərlərilə belə ki,
Tuluz adlı şəhər də o cümlədən olsun, qərq edib. Bu seldən 3000 adam fövt olub və
300000000 franka qədər ki, hər frank otuz qəpik olsun, zərər olub.


Osmanlı dövlətilə Ġran dövlətinin sərhəd barəsində mübahisələri bu günə
olub: 1840-cı sənədə Ərzurum şəhərində yazılan sülhnaməyə görə məzkur
dövlətlərin sərhəddi ġat nəhri, yəni ġat çayı olub. Ol sülhə görə ġat nəhrinin içində
olan Məxməri cəzirəsi və o cəzirədə vaqe olan Məxməri şəhəri İran dövlətinin
əlində qalıbdır. Çünki ġat nəhri cari olan yer qumustandır, ona binaən sülhdən
sonra ġat çayı zikr olan Məxməri cəzirəsini yuyub, bilmərrə aparıbdır. ġimdi ġat
nəhri cari olduğu yer irəliki yer deyil, o nəhr bir qeyri yerdən cari olur. Bu təzə ġat
axaq yer ilə qədim axdığı yerlərin arasında əmələ gələn yer üstə mübahisədir. Bu
yerin təxmilə tulu 35 və ərzi 2 ağacdır. Bu mübahisəni qət etməkdən ötrü məzkur
dövlətlər tərəfindən müəyyən olan komissiya o mübahisəyə baxıb. ġimdi
qəzetlərdə söylənir ki, komissiyanın təsəvvürünə görə mübahisənin qət olmağı
Avropa padşahlarının birisinə rücu olunacaq ki, onun qətnaməsinə hər iki tərəf razı
olsun. Xəbər gəlir ki, Osmanlı bu əmrə razı olub, amma Ġran razı olmağı məlum
deyil.


"Novosti" adlı qəzet yazır ki, Rusiyada bir icma bina olacaq. Məzkur icmanı
qərardadı dövlət təsdiq etməyə pişnəhad olub. Ġcmanın ismi müsəlman icmasıdır.
Onun calisləri müsəlmanlardan olacaq, 1200 adam calis olmağa razı olublar.
Onların 180-ı mədyun olub ki, ildə yüz manatdan tutmuş iki yüz manata qədər
versinlər. Məzkur icmanı muradı budur ki, Osmanlıya gedən müsəlmanlar geri
qayıdıb, Rusiyaya gəlmək xahiş etsələr, onlara kömək etsin, yəni yol kirayəsi
versin və onlar Rusiyaya daxil olandan sonra özlərinə iş tapıncan onlara kömək
etsin.


Zəngibar hökumətinin soltanı Berqaş bin Səid bu halda Avropada səfər
edib, Firəngistanın paytaxtı Parij şəhərindədir. Ġstanbuldan xəbər var ki, soltan
Berqaş öz vilayətinə qayıdan vaxtda Məkkə və Mədinəni ziyarət edəcəkdir.
Soltani-Osmani öz imarəti Dolmabaxçanı hazır edib, soltan Berqaşı özünə, yəni
Ġstanbula qonaq çağırıb. Çünki soltan Berqaş Məkkəyə Ġstanbuldan gedəcək və özü
vəhabi olduğuna müsəlmanlar onun ziyarətindən narazı olacaqlar. Bu səbəbə çox
intizarlıq ilə gözümlüyürlər görək ki, soltani-Osmanı həmişə Məkkədə əsgər
saxlayıb ziyarət edənlərə kömək edir öz qonağı soltan Berqaşı nə tövr ilə Məkkəyə
yola salacaq. Qəzetlərdə belə söylənir ki, soltan Berqaş və-habi də olsa, onu ümid
var soltan Əbdüləziz əsgər və top-topxana ilə yola salsın.


Bu il Bonna şəhərində xaçpərəstlərdən əmələ gələn icma məclis edəcək, o
məclisdə xaçpərəstlərin məzhəbini bir etmək barəsində danışıq olacaq. ġimdi hər
xaçpərəst dövləti öz vəkilini o məclisə göndərir. Osmanlı təsərrüfündə olan
Belqrad şəhərindən xəbər var ki, o şəhərin knyazı məzkur məclisə öz tərəfindən
Sadə adlı keşişi göndərəcək.


Badkubədə neftin xalvarı, yəni iyirmi pudu 1 manat 50 qəpikdən tutmuş 2
manat 50 qəpik, neft cövhərinin pudu boçkasız 65 qəpik, boçka ilə 1 manat.


Buğdanın xalvarı, yəni iyirmi beş pudu 15-dən 16 manat 50 qəpik, arpanın 8
manat, düyünün pudu 18 şahı, mal ətinin əlasının girvənkəsi 6 qəpik, alçağının 5
qəpik, fındığın girvənkəsi 12 qəpik, qozun 4 qəpik, noxud 3 qəpik, qara kişmiş 6
qəpik, san kişmiş 8 qəpik, qaysı şahı, stiarin şamı 5 şahı, qəndin pudu 8 manat 2
abbası, yunun pudu 2 manat, pambığın 5 manat 50 qəpik.