Məzmuna keç

"Əkinçi", 27 may 1876, №10/Daxiliyyə

Vikimənbə saytından
"Əkinçi", 27 may 1876, №10

Əf’ali-əhli-dehat

Qafqaz vilayətində dövlət tərəfindən məktəbxanalar barəsində təzə qayda qoyulmuş idi. Ol qaydaya görə hər bir məktəbxanada, xah dövlət tərəfindən açılmış ola. Gah məxsusi ola, gərək qeyri elmlərdən savayı rus dili həm oxuneydi və hər bir məktəbxanaya baxmaqdan ötrü dövlət tərəfindən əlahiddə çinovniklər təyin oleydi. Ermənilərin ruhanilərin ol qaydadan xəbərdar olub cənab sərdara ərizə verib, bəyan ediblər ki, onların kilsələrinin yanında olan məktəbxanalarda ancaq ruhanilik öyrənillər və erməni ruhanisi üçün rus dili bilmək lazım deyil. Ol səbəbə cənab sərdar yazıb təvəqqe elədiyinə binaən indi zikr olan qaydanı belə dəyişdiriblər. Ermənilərin kilsələrinin və müsəlmanların məscidlərinin yanında açılan məktəbalardan savayı hər bir məktəbxana olsa, orada gərək rus dili oxunsun və bu məktəbxanalara baxmaqdan ötrü əlahiddə çinovniklər təyin olunub ki, bu il sentyabr ayından məktəbxanalara baxacaqlar və bir də hökm olunub ki, əvvəl zaman Gəncə və Badkubə quberniyalarının hər birində kənd əhli üçün dövlət tərəfindən 3 məktəbxana açılsın. Onların üçü bu il Gəncə quberniyasında açılacaq, amma Badkubə quberniyasında hələ açılmayacaq. Çünki ol məktəbxanalarda dərs deməyə müəllimlər yoxdur ki, rus dilindən savayı xalqın dilini həm bilsinlər, ona binaən Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri sonra müəllim eləsinlər. Ol məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcilə oxuyacaq. Ġndi "Kavkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü sonra əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqların öz xərcilə qoya bilər. Oraya oxumağa girən kəs gərək uyezdni şkolada oxumuş ola və özü 16-19 yaşında ola. Orada 3 il dərs deyiləcək.