"Əkinçi", 28 aprel 1876, №8/Əf’ali-əhli-dehat
←Daxiliyyə | "Əkinçi", 28 aprel 1876, №8 |
Məktubat→ |
Hollandiyada pənir 2 qism olur. Ə'la pənirin girvənkəsi 15 qəpik, alçaq pənirinki 10 qəpik və yağın qiyməti 30 qəpik. Onilə belə 1867-ci ildə Hollandiya qeyri vilayətlərə füruş edib 10 milyon 900 min manatlıq yağ və 11 milyon manatlıq pənir və öz əhli 23 milyon 100 min manatlıq yağ və pənir işlədib.
Çünki zikr olan ildə Hollandiyada 1 milyon sağmal inək olub və onlardan 55 milyon manatlıq nəf gəlib, pəs hər inəkdən ildə 55 manat mənfəət olub. Hollandiya maldarlığının belə nəf i olmağına səbəb oldur ki, onlar çox əla mal saxlayırlar ki, hər inəkdən ildə 15 min istəkanacan süd hasil olur. Pənirdən ötrü mayanı belə qayırırlar: 2-3 günlük buzovun qarnını kəsib bağırsaq tərəfini düyünləyib o biri tərəfindən pəncərədə ya qeyri-hava dəyən yerdə asırlar ki, qurusun. Sonra onu zolax-zolax kəsib 22 dərəcə qızmış turş südün içində 24 saat saxlayıb, bir qeyri qaba töküb, üstə bir az turş süd və duz səpirlər. Bu minval ilə onu bir həftə saxlayanda maya yetişir. Amma bəzi vaxt onu 2 ay da saxlayırlar. Bu mayanın bir istəkanı 24 vedrə, yəni 950 istəkan südə bəsdir. Mayanı südə vurandan sonra süd çürüyən zaman onu dəmir ağaclar ilə qarışdırıb, suyunu süzüb şorunu sıxmaq gərək.
Ol şoru ağacdan qayrılmış qutunun içinə qoyurlar ki, onun dibi qəlbir kimi deşiklidir, əl ilə şorun üstün basıb genə şor töküb ol vaxtacan basırlar ki, onun suyu deşiklərdən axsın.
Belə bərkimiş şoru maşın altda qoyub genə sıxırlar. Sonra onu duzlanmış turş süddə bir az saxlayıb bir qeyri qabda turş südü 35 dərəcə qızdırıb onun içində pəniri 2-3 dəqiqə saxlayıllar ki, üzü qabıq tutsun.
Belə qabıqlanmış pəniri 2 həftə rəf üstə saxlayıllar və ol zaman onu çökürürlər ki, formunu, yəni tövrünü dəyişdirməsin. Sonra pəniri isti su ilə və çotka, yəni mahutsilən ilə yuyullar və üzünə yağ sürtüb altı ay kimi saxlayıb füruş edillər.