Məzmuna keç

"Əkinçi", 28 aprel 1876, №8/Daxiliyyə

Vikimənbə saytından
Elan "Əkinçi", 28 aprel 1876, №8

Əf’ali-əhli-dehat

İnsanın bağırsağının içində bəzi qurdlar zindəganlıq edir ki, onların ayağı, gözü və hətta ağzı da yoxdur. Onların bədəni belə naqis olmağa səbəb oldur ki, onların bədəni nazik olduğuna, mə’dədə ərimiş xörəyə qərq olub onu mürur ilə sormaq ilə pərvəriş tapırlar və dəxi xörək axtarmaq və yemək onlara lazım deyil. Çünki ol qurdlar zindəganlıq edən zaman onları görmək müşküldür, ona binaən bu yavuq zamanacan onların doğub törəməyi mə’lum deyil idi. 35 il bundan sabiq Avropa hükəmaları ziyadə zəhmət çəkib onu da bəyan ediblər. Hükəmalar ol imtahanlar ilə dünyanın sirrini aşkar edib xudavəndi-aləmin qüdrətini xalqa bəyan ediblər. Məsələn, indi mə’lumdur ki, ol qurdların bəzi gərək bir neçə surətə düşüb, bəzi heyvanın bədəninə girib, onun ətilə insanın bədəninə daxil ola ta ki, əmələ gəlsin. Habelə mə’lumdur ki, onların bəzindən yaman naxoşluqlar əmələ gəlir. Məsələn, onların birisi öz toxumunun insanın bağırsağının axırında, dərinin altına qoyur və onlardan çıxan qurdlar dərini gicişdirib ibnə naxoşluğu əmələ gətirir.

Zikr olan qurdların birisi ki, ona solitir deyirlər, insanın bədənində olanda onun 3-4 və bəzi vaxtda 10 arşın uzunu olur. Onun bədəni bənd-bənd, yastı qeytan kimidir. Onun zindəganı və doğub-törəməyi keçən nömrədə yazılan qoyuna gicəltmə salan qurdunku kimidir ki, ona it solitiri deyirlər. Amma it solitiri itdən qoyuna və qoyundan itə düşür, lakin insan solitiri insandan donquza və donquzdan insana düşür. İnsan solitiri donquzun ətində olur və onu gicəltməyə salmaz, amma insanın bağırsağının içində olanda çox azar edər. Solitir insandan donquza və donquzdan insana düşməyini imtahan ilə biliblər. İnsan donquz əti yeməkdən və solitirdən naxoş olan insanın nəcisini donquz yeməkdən onlarda ol qurd əmələ gəlir. Ondan masəva ol yerlərdə ki, müsəlmanlar ilə xaçpərəstlər sakindirlər, zikr olan naxoşluq müsəlmanda heç görükməyibdir.

Pəs 1293 il bundan əqdəm nazil olan hərrimət əleykümül-meytətə vəddəmə və ləhməl-xinziri ayeyi-şərifəsinin hikməti budur.