Məzmuna keç

"Əkinçi", 28 aprel 1876, №8/Elm xəbərləri

Vikimənbə saytından
Məktubat "Əkinçi", 28 aprel 1876, №8

Təzə xəbərlər

Kurtenber adlı şəxs keçmişdə və indi Firəngistanda olan hükəmaların anadan doğulduğu yerləri mülahizə edib deyir ki, hər vilayət öz ab-havasına görə hükəma əmələ gətirir. Məsələn, filan vilayətdə təbib çox doğulub. Ġndi səy edir ki, ab-hava necə olanda nə qabliyyətdə adam doğulmağın bəyan etsin.

  • * *

Soğan qabığı yaxşı rəngdir. Onu qaynadıb suyuna şey salanda sarımtıl boyanar və əgər onu söyüd ya qeyri ağacın qabığı ilə qaynadasan, ləvinbələvin ə’latər rənglər əmələ gələr.

  • * *

Firəngistanda Forster adlı şəxs keçən il imtahan ilə bilib ki, otağın divarından çölə olan yaman hava nə qədər divardan keçib otağa daxil olur. O deyir ki, otaqda ocaq qalananda otağın havasının 100-dən 50-si və ocaq qalanmayanda 100-dən dördü yaman hava olur.

  • * *

Əhəng adamın gözünə düşəndə onu su ilə yumaq yaxşı deyil, ona binaən ki, sudan əhəng bərkiyib ziyadə azar edər. Yaxşıdır ki, onu qənd suyu ilə yuyasan.

  • * *

Çox ə’la neft cövhəri ilə ki, ona benzin deyirlər, hər bir qism parçadan ləkə çıxarıllar. Parij və qeyri şəhərlərdən belə ləkə çıxardan sənətkarların mənzilində özbaşına yanğı əmələ gəldiyinə hükəmalar imtahan edib deyirlər: neft ilə sürtülmüş parça quruyandan sonra onu sürtəndə ondan çaxmaq daşından şərarə çıxan kimi od çıxır və bu şərarə neftə dəyəndə özbaşına yanğı əmələ gəlir.