Məzmuna keç

"Əkinçi", 28 aprel 1876, №8/Təzə xəbərlər

Vikimənbə saytından
Elm xəbərləri "Əkinçi", 28 aprel 1876, №8

450 il bundan sabiq Osmanlı türkləri Avropaya daxil olub Rum dövlətinin Qəstəntiniyyə şəhərini zəbt edib ona İslambul, yə’ni islam şəhəri ad qoyub, ətrafda vaqe olan xaçpərəst vilayətlərini həm zəbt ediblər. Bir neçə il bundan sabiq zikr olan vilayətlərin bəzi ki, olsunlar Serb və Qaradağ, yə’ni Əşqudrə və Əflan və Bağdan əyalətləri Osmanlı dövləti ilə cəng edib onun zirdəstindən çıxıb, indi ancaq dövləti-Osmaniyyəyə müəyyən olan xərc verirlər, amma ümurati-daxiliyyələri özləri ilədir.

Bu halda ki, Bosnə və Qerdseqovinə əhli Osmanlı dövləti ilə cəng edirlər, onların həm müradı oldur ki, zikr olan əyalətlər kimi olsunlar. Zikr olan əyalətlərdən Serb və Qaradağ əhli Bosnəyə kömək etməkdən muradları oldur ki, osmanlıya heç xərc verməsinlər.

Çünki Serb və Qaradağ əhli Bosnəyə kömək etməyi mə’lumdur və keçən həftə tel gəlmişdi ki, Osmanlı dövləti Serb və Qaradağı zəbt etmək istəyir, ona binaən danışıq var idi ki, Avropa dövlətləri o cəngə qarışacaqlar. Amma indi tel gəlib ki, Osmanlı əsgəri ol əyalətlərin sərhəddini keçməyib və keçmək istəmir.

  • * *

"Russki invalid" qəzeti yazır ki, Kokan xanlığının ki, indi ona Fərğan oblastı deyirlər, sərhəddi budur: şimal və məşriq tərəfi Sildərya çayı, məğribi Semireçni oblastı, cənubu Qaşqar hökuməti və Zərəf-şan okruğudur. Onun uzunu 800 və eni 150 ağacdır. 960 min nüfusu, yəni xalqı var. Keçmişdə xan onlardan 2 milyon 500 min manat təhmilat yığırmış.

  • * *

Misirin Qarna şəhərindən aprelin 4-dən tel gəlib ki, Həbəş ilə cəng qurtarıb, sülh danışığı olur. Ona binaən sərəsgəri-Misir gəmi ilə İskəndəriyyə şəhərinə getdi.

  • * *

Aprelin 3-də Odessa şəhərinin 8-ci mirovoy sudyası polisə bir kənd əhli öz öküzünü döymək barəsində verdiyi ərizəyə mülahizə edib ol kənd əhlinə 10 manat cərimə kəsib.

  • * *

Peterburqda əsgərlər üçün buğdanı suya salıb sonra maşın ilə əzib, xəmir edib ondan çörək bişirirlər. Bu imtahanı indi edillər və deyirlər ki, belə bişmiş çörək tez qurumur.

  • * *

Rusiya zakonuna binaən küçələrdə dilənçilik etmək qadağandır. İndiyəcən Peterburqda 24 icma bina olub ki, dilənçilərdən ötrü əlahiddə mənzillər bina edib onlara kömək etsinlər. Ol icmaların calislərində hər ildə 118 min manat cəm olur.

  • * *

"Qolos" qəzetinin idarəsi indiyəcən Bosnə əhli üçün 37 min manat cəm edib.

  • * *

Amerikanın Nyu-York şəhərində bir Stüart adlı şəxs vəfat edib. Yazırlar ki, ol şəxs İngilisdə 25 yaşmacan elm oxuyub, sonra Amerikada 50 il çox doğruluq ilə ticarət edib, 80 milyon manat qazanmış imiş.

  • * *

"Tiflisski vestnik" qəzeti yazır ki, Tiflisdə bir erməni 15-əcən sazandar cəm edib onları Amerikanın Filadelfi şəhərinə ki, orada bu il yayda əcaibati-dünya cəm olacaq aparır.

  • * *

Bizim rus dövləti bir komis[siya] təyin edib ki, Türküstana gedən yolları mülahizə edib dəmiryolunun yerini bəyan eləsin. Ol komissi-yaya 100 min manat verilib.