Məzmuna keç

"Əkinçi", 2 dekabr 1875, №10/Təzə xəbərlər

Vikimənbə saytından
Qars şəhərindən Xaçatur Qorxmazov yazır: "Əkinçi", 2 dekabr 1875, №10

Rus əsgəri Kokandan qayıdandan sonra Rusiya zəbt edən Namanqan okruğu ki, onun tuli 200 və ərzi 50 ağacdır, bunt edib, amma ruslar genə təzədən zəbt ediblər. Misrin 35 min əsgəri Həbəş hökumətinin paytaxtına daxil olub.

Xəta dövlətinə tabe olan Dunqan əhli general Kaufmana ərizə verib təvəqqe edibdir ki, onları Rusiya özünə tabe etsin, yoxsa Xəta onlara zülm edir.

Hind-Çində olan Malay soltanının vəliəhdi Abdulla ingilislərə artıq ticarət ixtiyan verdiyinə onun qardaşı İsmayılın adamları ingilis konsulunu öldürüblər. İndi oraya ingilis əsgəri gedib.

Peterburqda xəstələrə baxan icma Qerdseqovinəyə 200 xəstəyə lazım olan mayəhtac və 5 təbib göndərib.

Gələn il Qazan şəhərində müsəlmanları oxutmaq üçün müəllimxana açılacaqdır. Yəni ol müəllimxanada oxuyanları müsəlman məktəbxanalarına müəllim təyin edəcəkdirlər.

Rusiyada çap olunan kitabların birisi gərək padşahlıq kitabxanasına göndərilsin. Ol kitabxananın siyahısı binaən keçən il Rusiyada 9776 kitab təzədən inşa olunmuş çap olunub.

Cənubi Rusiyada çəyirtgə bu il 35000 desyatin yerə toxum salıb.

İngilisdə dəryaya qərq olan gəmilər özlərinə kömək çağırmaqdan ötrü bir maşın bina ediblər ki, onun sədası külək şiddət edən zaman altı ağac yol gedər.

Moskvadan noyabrın 1-dən yazırlar:

Əla merinos yunu 38, miyanəsi 33 və alçağı 28 manat. Rusiya yununun ağı 8-10, qarası 6-8 manat. Dəvə yunu 5-6 manat, at yalının pudu 5-8 manat, Mazandaran pambığı 6 manat 25 qəpik, Ġtaliya ipəyi 380-460, ġəki ipəyi 120-130, Buxara ipəyi 115-125, Xəta ipəyi 160-170 manat, lil 100-120 manat, qırmız 33-40 manat, Dərbənd boyağı 3 manat 50 qəpik, qürab 6 manat 25 qəpik, əla qəhvə 19 manat 50 qəpik, Moskva qəndi 8 manat, günəbaxan yağı 6 manat, inək yağı 8 manat 50 qəpik, qurumuş gönün pudu 12 manat, qurumamışınkı 5 manat, imperial 6 manat 25 qəpik, gümüş manat 1 manat 20 qəpik.