Məzmuna keç

"Əkinçi", 2 dekabr 1875, №10/Qars şəhərindən Xaçatur Qorxmazov yazır:

Vikimənbə saytından
Petrovskidən cənab Heydəri yazır: "Əkinçi", 2 dekabr 1875, №10
Müəllif: Xaçatur Qorxmazov
Təzə xəbərlər

Dünyada xəlq olunan millətlər öz lisanlarına ana lisanı deyib ol lisan ilə xudavəndi-aləmə ibadət edib insanlıq edirlər. Bunun üçün bir lisan bir millətin olanda və lisanın dəxi əsası millət olduğundan (hər) bir kişiyə vacibdir ki, daima onun irəli getməsinə canını fəda etsin və millətin xidmətində bulunmayan kişiyə bir kəs yaxşı deməyəcəkdir.

Əgər xalq içində eşidilə ki, filan kişi öz anasını yaxşı saxlamayıb, ona çörək və libas vermir, ol vaxtda hər kəs ol kişiyə yaman sözlər deyib yoldan keçərkən rastına gəlsə, bu, anasmı xoşnud eləməyən kişidir - deyibən Allahın salamını dəxi ona verməkliyi çox görəcəkdir.

Bir millət ki, bu qədər övladlar dünyaya gətirmişdir neçə-neçə cəhətlərcə onlardan borclar istəyəcəkdir və hər kəs münkər olmayıb mədyundur öz xidmətini əda eləməyə.

Qədim tarixlərdən mə’lumdur ki, çox millətlər həmişə irəli getməkdə idilər. Amma şimdi hamıdan geridə qalıblar. Və ol millətlər ki, geridə idilər, şimdi qabaqda gedən və getməkdə olandırlar. Əcəba bunun səbəbi nədir? Özgə bir səbəb yoxdur, ancaq qədim zamanlar əfkar sahibi kişilər həmişə millətin irəli getməyi üçün ağıl tökürdülər. Kəndi əhzanına dəxi öz əfkarından bəxş edirdilər, amma şimdi zikr olunan inkan yaddan çıxarıb ancaq pul qazanmağa, zəngin olmağa yaxşı geyməyə və yeməyə çalışırlar. Və özləri elm və ədəb kəsb etmədiklərindən başqa övladlarının dəxi bu lütfi-rəbbanidən geri buraxırlar. Və bir kişi ona yaxşılıq olmaq inkan ilə söyləsə ki, övladınızı nə üçün məktəbxanaya göndərmirsiz, cavab verir ki, oğlum çox oxuyub mollamı olacaqdır? Öz çulunu sudan çıxarmağı bilir, şimdi varsın pul qazansın.

ġimdi bir sual: əgər bir kişi elm, ədəbi, tərbiyə ilə mədəniyyəti birtərəf edib pul qazanmaqlığı ondan yaxşı tutursa, ol kişidən millət-pərvərlik mə'lum olurmu? Haşa.