Məzmuna keç

"Əkinçi", 3 mart 1877, №5

Vikimənbə saytından
"Əkinçi", 17 fevral 1877, №4 "Əkinçi", 3 mart 1877, №5

"Əkinçi", 17 mart 1877, №6
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzet çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məklikzadə Zərdabi.


Cənab Vəkili-namə’lumi-millətə ərz olunur ki, siz kapitan Sultanova
yazdığınız cavabı binöqsan çap elətməyə nə ki, məsləhət, hətta izin də olmadı. Ona
binaən ki, söz çox doğru və aşkar idi və əgər cənabınız izin versəniz, onun üstə bir
nazik pərdə çəkib çap elədərik.


Peterburqda olan ot toxumu füruş edən mağazalar ilə yazışıb biz müştərilərə
məlum edirik ki, hər kəs ot toxumu, məsələn, tənbəki, kələm, kartofel, qarpız və
qeyrə istəyir isə onun hər bir qismini gətirdə bilmərik. Ona binaən bizim vilayətdə
olmayan otların toxumunu xahiş edənlərdən iltimas edirik ki, əgər onları
becərməyə məqdur isələr, yazıb bizə məlum eləsinlər.


İstanbuldan fars dilində "Əxtər" qəzeti bu il genə çap olunur. Onun ikinci
nömrəsi quyruğu, qulağı kəsilmiş gəlib bizə vüsul oldu. Ondan məlum olunur ki,
zikr olan qəzet həftədə 2 dəfə çıxır, qiyməti 10 manatdır. Rusiyada sakin
olanlardan hər kəs onu gətirtmək istəsə pulunu Tiflis şəhərinə hacı Rəhim taciri İrəvaninin
üstünə göndərsin.