Məzmuna keç

"Əkinçi", 5 oktyabr 1875, №6/Məktubat

Vikimənbə saytından
Əkin və ziraət xəbərləri "Əkinçi", 5 oktyabr 1875, №6

Təzə xəbərlər

Hər kühənsal və çox ömr eləmiş adamdan soruşursan ki, əmi, keçən zəmanə ilə bu zəmanənin güzəram necədir? Deyir, oğlum, keçən zəmanənin bərəkəti var idi və çox ucuzluq idi. Məsələn, ətin batmanı bir köhnə riyal, buğdanın xalvarı on riyal, yumurtanın 100-ü iki şahıya satılır idi. Amma bu zəmanədə hər bir şey ol qədər bahalanıbdır ki, demək olur hər şey öz ağırlığında pula gedər və keçən zaman 100 tümən pulu və bir mahud çuxası olan kəsi şəhər içində barmaq ilə nişan verirdilər. Amma indi 100000 manatı olan adama dövlətli demək olmaz.

Bu avam sözdən qiyas eləmək olur ki, indi zəmanə tərəqqi eləyibdir və intizami-aləm həddi-istehkamə yetişibdir və xalqın fəhmi və səliqəsi artmağa binaən meylləri həm ziynətə və təcəllatə artıbdır. Qədim bir mahud çuxası olan şəxsə indi on çuxa kifayət eləməz. Xonçasında doşab halvası olmayan şəkər halvasın bəyənməz.

Əgər yaxşı fikir eləsən, insan öz xilqətinə münasib ki, mədəniyüt-təb yaranmış, əgər müxalitət və ictima edib, bir-birilə qarışıb dostluq eləməsə, məişət əsbabın cəm edib dünyada zindəganlıq eləməyi qayətdə müşkül olacaqdır. Pəs şüuru olan insana lazımdır ki, məzkur əsababı-məişət cəm olan cəbbəxananın bağlı qapısın açmaqçün əvvəl bir kilid təhsil eləsin ki, zəhmətsiz o bağlı qapını açıb hər əsbabı ki, byu şərifi-hədisə müvafiq əhris liddünyakə kəənnəkə təişu əbədən və əhris liaxirətikə kəənnəkə təmutu ğədən 50 özünə lazım görür, təhsil eləyib ondan sonra dünya və axirət evin abad eləməyə məşğul olsun və belə kilidi ki, məzkur evin qapısın açsın, Allahın nemətlərinin qədrin bilib və Qur’ani-mübarəkədə nazil olan bu ayeyi-şərifə misqal etməkliyilə və min ayatihi ixtilafü əlsinətiküm və əlvaniküm51 və imkan qədəri xarici dillərə vaqif olmağı ilə və lazım olan hərf və sənayei təlim tapmaq ilə ələ gətirmək olur.

Aşkar görürük ki, xarici vilayətlərin adamları bizim vilayətimizə gəlib vilayət əhli müttəle olmayan şeylərin mübaliği-xatir dövlət cəm edib və mənfəət aparırlar. Bir firəngi tacirindən soruşsan ki, Qafqazın filan şəhərində nə şey əmələ gəlir, elm üzəri ilə onu elə bəyan elər ki, sən özün mat və mütəhəyyir qalusan. Amma o şəhərin əhlindən sual edəsən ki, kişi, sənin bağında neçə qism yemiş ağacı və nə qədər üzüm, meyvə var, qət'ən deyəcəkdir hesab eləməmişəm.

Firəngistan əhli zükur və ünasən üç-dörd müxtəlifə dillər ilə danışırlar. Amma müsəlmanlar içində savadı olan adamlardan çox az tapılır ki, öz dilində bir dürüst məktub yazsın.

Əgər bir şəxs desə ki, əmi, keçən zamandan bu zəmanə yaxşıdır və bu zəmanəyə Allah keçən zəmanədən artıq bərəkət veribdir, ağraq danışmayacaqdır. Ondan ötrü ki, hər məmləkətdə müəllimxanalar və mədrəsələr açılıb və əsbabimərifət ətraf aləmə dağılıb. Badkubə kimi şəhərdə sənin öz milli dilinlə qəzet basılır, uzaq məmləkətlərdə olan əxbari-qəribə və müfid söhbətləri öz evindən çıxmayıb oxuyub bilirsən. Gör ki, Avropa məmləkətləri və Yeni dünya, dəmir yollar, buxar gəmiləri olmaq səbəbilə səninlə yaxm qonşu olub. Məkkeyimüəzzəm ziyarəti ki, neçə il bundan sabiq çox müşkül idi və bir ilə yaxın səfərin tuli var idi, iki ay ya iki ay yarımda kəmali-istirahət ilə gedib-gəlmək olur.

Nuri-mərifət dünyanı tutub, heç insaf deyil ki, adam vaxtın keçirib bu ayeyi-şərifin məzmunundan göz örtsün: həl yəstəvi əlləzinə yə’ləmun vəlləzinə la yə’ləmun52. Fürsət əldən verib öz qom və əqrabasın hərfət və sənət elmlərinin feyzindən qoyan şəxs onların bədbəxtliyinə bais olub və zülmi-fahiş onların haqqında edəcəkdir.

Heydəri

İrəvandan Məhəmməd Rəhimbəy yazır ki, İran dövlətinin Xoy şəhərinə ticarətə getmişdim. Rəcəbin 25-də bir neçə min Osmanlı əhli İran sərhəddini keçib Daş məku mahalını qarət edib, 5000 qədər at, mal apardılar. Sonra Osmanlı dövlətinin Van şəhərinə gedib orada dadistəd edirdim. şabanın 15-də İran tərəfindən Ziyaüddövlə Məhəmməd Rəhim Mirzə 500 atlı ilə gəlib Van şəhərinin ətrafını qarət etdi.

İrəvandan, şabanın 22-də Məhəmmədəli bəy Vəliyev yazır ki, bir neçə həftədir İrəvan uyezdinin Dəvə qəryəsində adamxor heyvan peyda olubdur. Gecələr gəlib evlərdən uşaqları aparıb yeyir. İndiyəcən 13 nəfər uşaq yeyib və həmçinin Çəğin mahalının bir para kəndlərindən bir neçə uşaq dəxi aparıbdır. Ol heyvanı görənlər deyirlər ki, onun rəngi qırmızıya maildir və özü itə oxşayır. Amma bəziləri deyir rəngi qaradır və qurda şəbahəti çoxdur. Ol kəndlərin xalqı əlində tüfəng qarovul çəkirlər, amma onu görmək müyəssər olmur. Bu halda cənab uyezdni naçalnik şağubatov bu barədə silist edir.

Dünyada heç bir heyvan yoxdur ki, insanın şücaətindən və gözlərinin nurundan qorxmasın. Ona binaən olmaz ki, heyvan adamxor olsun. Doğrudur ağ pələng, qurd və kaftar düşəndə bir uşaq aparırlar. Amma onlar aclıqdan bu qələti bir edib, bir də dəxi etməzlər. Xülasə, bu xəbərin həqiqətini bilməkdən ötrü çox intizar varıq və ümidvarıq ki, Məhəmmədəli bəy onun keyfiyyətini yazıb bizə məlum eləsin.

Qubadan bizə yazırlar: boyaq qiymətdən düşməyə binaən qeyri yerlərdən Qubaya gəlib müamiləçilik edənlərin işi xarabdır. Tamam Quba əhli, ələlxüsus yəhudilər öz mülk və mallarını nataryus əlilə oğlanlarına ya övrətlərinə verib sahibtələblərə bir qəpik vermirlər və şəhərimizin belə şuluq olmağına səbəb vəkillik edən kəslərdirlər. Onlar hər iki tərəfdən pul alıb ikisin də bədbəxt edirlər və ümidvarıq ki, bizim şəhərə yaxşı təlim almış və insaflı vəkil gəlib bizləri ədalət divanının səmərəsindən məhrum edən kəslərin əlindən xilas etsin.

Bu kağızı yazan elə fikir edir ki, qeyri yerlərdə halva yeyirlər. Əzizim, siz istədiyiniz vəkili Rusiyanın paytaxtında tapmaq olmur.

Qəzəl:

Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən
Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.
Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi
Götürdü ehli-islamı bu gün xaki-məzəllətdən.
Zəbani-türk ilə agah eylər əhli-Qafqazı
Gəhi tazə xəbərlərdən, gəh asari-hökumətdən.
Olub sövdagəri-xeyr ol mükərrəm əhli-islamı
Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən.
Nəsimi-sübhtək feyzi olub bu aləmə sari
Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.
Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə
Ki, verdi imperaturi-cəhanpərvər ədalətdən.
Dəxi ol izn alan şəxsin bizə vacibdir ikrami
Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.
Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid
Dedi əhli ġəmaxi cümiləsi amin sədaqətdən.
Ġlahi padşahi-Rusun eylə dövlətin əfzun
Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.