Məzmuna keç

"Əkinçi", 5 oktyabr 1875, №6/Təzə xəbərlər

Vikimənbə saytından
Məktubat "Əkinçi", 5 oktyabr 1875, №6


Əgərçi bu halda Qerdseqovinəni Osmanlı əsgəri tamam zəbt edibdir və ol vilayətin dövlətdən narazı olan sakinləri dağlarda və meşələrdə məskən ediblər, amma genə təkdə bir cəng olur. Ġndi onlarm baş sərkərdələri Sarko adlı keşişdir. Onun 5000 qədər əsgəri var. Onlar konsullara verdiyi ərizənin mətləbi budur ki, Osmanlı dövləti onların haqqında çox cəbr edir. Ona binaən onlar Osmanlıya tabe olmaq istəmirlər.

Çin vilayətindən rəcəbin 11-də yazırlar ki, bu il çox yağınlıq olduğuna çay az hasil olub.

Krımın Feodosi şəhərindən yazırlar ki, bu il ol şəhərə gedən dəmiryolu qutardığına oraya ol qədər üzüm, yemək və dərya suyuna çimmək ilə özünə müalicə edən gəlib ki, evlərdə yer olmadığına şəhərin bağlarında məskən ediblər.

Misirdən yazırlar ki, pambığın əkini çox yaxşıdır və əgər onun bir zavalı olmasa, keçən ildən birə-bir artıq pambıq olacaqdır.

Bu il Avropada taxıl az olduğuna bahalanmış idi. Amma indi yazırlar ki, hava xoş olduğuna çox kartofel və qarğıdalı hasil olub. Ona binaən taxıl indi ucuzlaşır.

Rusiyanın “Qolos” qəzetinin münşisi Qerdseqovinə cəngində vəfat edən slavyanların külfətləri üçün pul yığır. Ġndiyəcən bir-iki min manata qədər yığıb onlara göndərib.

1873 sənədə Rusiyanın universitetlərində 8000-əcən, gimnaziyalarda 20000-əcən, üç klas məktəbxanalarda 30000-əcən və bir klas məktəbxanalarda 1000000-acan oxuyan olub.

Peterburq şəhərinin camaat məclisi sərəncam edib ki, şəhərin küçələrində atlar ilə işlənən dəmir yol təmir olunsun. Bu il 50 verst tamam olub və gələn il 35 verst təmir olunacaqdır. Həmçinin Moskva şəhərinin camaatı öz şəhərlərində 80 verstə qədər dəmiryolu tikdirmək istəyir.

İngilisin Vulic şəhərində bir top təmir olunub ki, onun 82000 girvənkə ağırlığı, 60000 manat xərci, 12 arşın tuli var. Gülləsinin ağırlığı 1650 girvənkədir və hər səfər onu doldurmağa 300 girvənkə barıt gedir.

"Triest" qəzeti yazır ki, Qafqazdan Osmanlıya gedən çərkəslərin böyüyü Ġbrahim paşa sədri-ə’zəmdən izn istəyib ki, 20000 çərkəs əsgəri cəm edib Qerdseqovinə getsin, amma ona izn verməyiblər.

Biz eşidirik ki, Badkubə uyezdinin Sabunçu kəndinin camaatı istəyir öz kəndlərində rus məktəbxanası bina etsin. Allah eləsin ol xeyir iş başa gəlsin və bir yaxşı müsəlman müəllimi ol məktəbxana üçün tapılsın.