Məzmuna keç

"Tərcümani-həqiqət" deyir ki ("Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi")

Vikimənbə saytından
"Tərcümani-həqiqət" deyir ki ("Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi,
Şimdiki halilə məmnuniyyət izhar eyləyir;
Şey yeyir, çalğı çalır, gahi yazır, gahi oxur,
Vəqtini bə’zən də dülgərliklə imrar eyləyir.

Əbdülhəmid deyir ki:
Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin3
Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam;
Lafövəllah, hökmranlıq etdiyim günlərdə də
Kəsmişəm, kəsdirmişəm, sutlani-cəbbar olmuşam.