Çağırram (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Çağırram Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 31 |
Nə zaman ki, dərd canımda çoxalır,
Onda əvvəl, kirdigarı çağırram.
Hərdənbir Rəsula verirəm salam,
İsmi Əhməd, ümidvari çağırram.
Əzalarım yeksər ağrar dəmadəm,
Tamami bəndləri çox gətirir qəm.
Oxuram hər gündə dilimdə mən cəm,
Nadir Əli şahsuvarı çağırram.
Gahi xəstə halam, gahi pərişan,
Gahi şad oluram, gah vaxtı giriyan.
Hərdən darıxanda Novrəstə İman,
Dönüb, bir də Ələmdarı çağırram.