Məzmuna keç

Öyüd (Ey oğul, büxldən sən eylə həzər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Öyüd
Müəllif: Seyid Əzim Şirvani


Ey oğul, büxldən sən eylə həzər –
Ki, bəxilin yeri cəhənizmdir.

Gər həlak olsa cümleyi-aləm,
Yenə söylər bəxil kim, kəmdir.

İstəməz bir kəsi ola xoşbəxt,
Öləcək görsə kimsə xürrəmdir.

Şəbpərə1 afitabədir düşmən –
Ki, ziyasıyla halı dərhəmdir.

Seyyida, şəbpərə1 xisal olma –
Ki, bu ətvar mərgi-əzəmdir.