Məzmuna keç

Müəllif:Seyid Əzim Şirvani

Vikimənbə saytından
Ə hərfi ilə müəlliflər Seyid Əzim Şirvani
(1835–1888)
Sister Projects. Həmçinin baxın: Bioqrafiyası • XIX əsr Azərbaycan şairi
Seyid Əzim Şirvani


Şeirləri

[redaktə]

Təmsilləri

[redaktə]

Qəzəlləri

[redaktə]

Müxəmməsləri

[redaktə]

Müsəddəsləri

[redaktə]

Növhələri

[redaktə]

Rübailəri

[redaktə]

Həcvləri

[redaktə]

" Quba təziyədarlarına Aldanma, yalandır süxəni-mərsiyəxanə, Cənnətlə sizə versə bəşarət, köpək oğlu! Cənnət harada, siz hara tövlə döyü cənnət, Eşşək balası, dağ ayısı, it köpək oğlu! Çün hər bir əməl niyyətə mövquf olubdur, Siz eyləmisiz bicliyə niyyət, köpək oğlu! Səd heyf ki, Qudyaldan ağa eylədi rehlət, Qaldı sizə meydani-rəşadət, köpək oğlu! Əmir Həsən ağa edə gər dəxli-təərrüf, Olmazdı dəxi sizdə cəsarət, köpək oğlu! Bisahib olub dəşt, donuz təllə çıxıbdır, Tülkü bəy olubdur, dərə xəlvət, köpək oğlu! Tutduz bir əməl ki, elədiz milləti rüsva, Yandırdı məni nari-xəcalət, köpək oğlu! Bu fel ki, var sizdə şəhənşahi-rüsuldan, Tutmun dəxi ümmidi-şəfaət, köpək oğlu! Bir təziyəvüz var idi övladi-rəsulə, Ancaq bu idi əcri-risalət, köpək oğlu! Verdiz ona indi ki, aləmdə xələl siz, Bir gözləmədiz əcrü qərabət, köpək oğlu! Cəddim tüpürür görsə sizi ruzi-cəzadə, Söylər ki, deyilsiz mənə ümmət, köpək oğlu! Bir də, bu fəsadi ki, siz etdiz, sizə eylər – Göylərdə mələklər hamı lənət, köpək oğlu! Hərçənd başın Şüınri-şəqi kəsdi İmamın, Ağladı yenə, eylədi riqqət, kopək oğlu! Siz ağlamasız, öldürüsüz yeddi imamı, Yox zərrə qədər sizdə mürüvvət, köpək oğlu! Gər daşdı desəm qəlbüvüzi səxt əcəbdir, Yox daşü dəmirdə bu qəsavət, köpək oğlu! Vardır elə daş ki, yarılıb xövfi-xudadən, Cari olub ənhari-lətafət, köpək oğlu! Vardır elə daş yumbalanıb xişyəti-həqdən, Yox qəhri-xudadən ona taqət, köpək oğlu! Quranda sizin qəlbüvüzi zikr qılıb həq, Get, eylə "əlif-lami" qiraət, köpək oğlu! Sizdəndir uzaq dəhrdə əlbəttə pəyəmbər, Nazil sizə olmuşdu bəraət, köpək oğlu! Seyyid cühəla fövcinə bu sözləri yazdı, Ta eyləyəsiz haldən ibrət, köpək oğlu! Minbəd dəxi tutmayın ol növ ilə işlər – Kim düşmən edə tənü şəmatat, köpək oğlu! Yoxsa ki, gəlir sizlər üçün həcv dəmadəm, Vermə dəxi bu Seyyidə zəhmət, köpək oğlu!

________

  • Şaxsey

Xarici keçidlər

[redaktə]