Məzmuna keç

Öyüd (Ey oğul, bil ki, adəmi-bikar)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Öyüd
Müəllif: Seyid Əzim Şirvani


Ey oğul, bil ki, adəmi-bikar,
Xüşk olan bir odundu, layiqi-nar.
Bunu bizdən deyibdilər əqdəm:
Sənəti olmayan deyil adəm.
Puç olub getsə dövlətin vayə,
Yenə sənətdir əldə sərmayə.
Gər ticarətçün olmasa dövlət,
Səy qıl, hasil eylə bir sənət.
Elmdir əhli-sənətin hünəri,
Elmsiz sənətin nədir səməri?
Elmsiz sənətin nə miqdarı,
“Kari-buzinə nist nəcari”