Məzmuna keç

İbtida

Vikimənbə saytından
İbtida (XX əsr)
Müəllif: Növrəs İman
tərs əlifbey
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

"Ye" – yarandı nuri-Əhməd
Dərdə dərman ibtida.
İbni-əmmi-Mustafadır
Şiri-yəzdan ibtida.
"Lam – əlifla" lailaha
İlləllah laşərik.
"Vav" – vilayət şahı oldu
Şahi-Mərdan ibtida.

"He" – hərasim yoxdu dildə
Bilsə haqqın kəlamın.
"Nun" – nidasın, "mim" – Məhəmməd
Aldı qüdrət ilhamın.
"Lam" – lal olsun istəməyən,
Tapmasın dərd əncamın!
"Kaf" – kəramət dərgahına
Mənəm qurban ibtida.

"Qaf" – qiyamət əzabından
Titrər canım sərbəsər.
"Fe" – fədasın Kərbəlanın
Şahı ağlar, qul gəzər.
"Ğeyn" – qəffar rəzmkardı,
Ver salavat hər səhər.
"Ayın" – adil padişahdı
Qurub mizan ibtida.

"Za" – zalımlar qatilisən,
İlla əmri-Əntərin.
"Ta" – talibən xidmətində
Açam sinəm dəftərin.
"Zad" – zəmirin nuri-pakdı,
Həm dayazdı, həm dərin.
"Sad" – səbri yox, dərdim olub,
Bəhrü ümman ibtida.

"Şin" – şamdan sübhə kimi
"Sin" – səvalım yaddadı.
"Ze" – zavala getməz ömrüm,
Ah ilə fəryaddadı.
"Re" – rəvadır yandırarlar,
Yazıq canım oddadı;
"Zal" – zəlilin rəhbərisən,
Eylə dərman ibtida.

"Dal" – dava qıl dərdimizə,
Ey əmiri-lafəta!
"Xe" – xudadan nazil oldu,
Şanındadı hələta.
"He" – halıyam cəhənnəmdəm,
Qorxuram qeyzin ata;
"Cim" – cavabın verəmməyən,
Çoxdu üsyan ibtida.

"Se" – sabitdi neçə əncüm,
Neçədi səyyarələr?
"Te" – təbarək, təyin etdi,
Gəldi Xurşidü Qəmər.
"Be" – bir Allaha əyandı
Cümlə olan sirrlər;
"Əlif" – onu zikr eyləyir
Dildə İman ibtida.