İnteligentlər deyir ki ("Deyirik haləti-təhsildə: millət! millət!")
Görünüş
İnteligentlər deyir ki ("Deyirik haləti-təhsildə: millət! millət!") (1910) Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 304. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
İnteligentlər deyir ki:
Dеyirik haləti-təhsildə: millət! millət!
Diplоm alcaq görünür bizlərə illət millət;
Basırıq bağrımıza hər birimiz bir hacını,
Canı çıxsın ki, görür min cürə zillət millət!..
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 47