İsgəndərin vəqəsi (Nəql edirlər ki, bir gün İsgəndər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İsgəndərin vəqəsi Müəllif: Seyid Əzim Şirvani |
Nəql edirlər ki, bir gün İsgəndər
Eylədi bir xərabə sarı güzər.
Gördü nagəh xərabədə bir pir,
Arizi rəşki-afitabi-münir.
Maili-taəti-xudayi-əlim,
Etmədi padşahə bir təzim.
Xişmnak oldu padşahi-qəyur,
Dedi: - Ey rahi-mərifətdən dur,
Nə üçün şahə etmədin təzim?
Mənəm İsgəndəri-fələktəkrim.
Asiman-qədr şahi-dövranəm,
Lütfə dərya, səxavətə kanəm.
Mənəm iqlim-girü bac-sitan,
Hökmümə tabe oldu cümlə cahan.
Dedi: - Ey şah-vacibüt-təkrim,
Sənə bir kimsə eyləsin təzim –
Ki, ola səndən ehtiyacı onun,
Dövlətindən ola rəvacı onun.
Qaneəm mən ki, künci-viranə,
Sözlərindir yanımda əfsanə.
Hirs ilə azdır qulam mənə -
Ki, olub indi padşah sənə.
Ey olan ol idi qulama qualm,
Nə təfaxürdür eylədin elam?
Çəkdi ol gün xəcalət İsgəndər,
İltimas etdi ol fələkçakər.
Dedi: - Eylə məni-həzinə dua –
Ki, edə hirsü azı dəf xuda.
Seyyida, hirsü azdan həzər et,
Gənci-mülki-qənaətə güzər et.
Olasan gər Skəndəri-sani,
Olacaqsan zəmanədə fani.
Nə qalır mülkü malı dünyanın,
Nə şükuhü cəlalı dünyanın.