İsgəndərin vəsiyyəti
Görünüş
İsgəndərin vəsiyyəti Müəllif: Seyid Əzim Şirvani |
Dəmi-nəzi-rəvanda İsgəndər
Eylədi bir vəsiyyət ol sərvər-
Ki, anama deyin bu göftari,
Xəlqə ehsanım eyləsin cari.
Leyk hər kəs çəkibdi dərdü bəla
Yeməsin ol təamdən qəta.
Çünki saz oldu neməti-əlvan,
Qıldı anın vəsiyyətini bəyan-
Ki, gərək əkl etsin ol adəm
Çəkməyibdir cahanda möhnətü qəm.
Mütənəbbih olub kəlamından,
Hamı çəkdi əlin təamından.
Çünki çəkmişdi hamı möhnətü qəm,
Çıxmadı hiç bir nəfər xürrəm.
Madəri-əşkbari-İsgəndər
Gərci olmuşdu zari-İsgəndər,
Bildi ki, mərgə yoxdu bir çarə,
Hamının qəlbinə dəyib yarə.
Dilbəra, çox da çəkmə möhnətü qəm,
Könlüvü eylə qəm günü xürrəm.
Gərdişi-çərxi-kəcmədar keçər,
Bu qəmü dərdi-ruzgar keçər.