Məzmuna keç

İsminin zikrində dastan tapmışam

Vikimənbə saytından
İsminin zikrində dastan tapmışam
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Əliağa Vahid


İsminin zikrində dastan tapmışam
Mən bu adla abi-heyvan tapmışam

Hər öpəndə kuyinin torpağı
Eylə billəm ətrdən can tapmışam

Asitanəndə durub, bir qul kimi ,
Asimanə yüksəlib, şan tapmışam

Sən hüma adlandıran gündən məni ,
Mən qidam üstxandan tapmışam

Qəm torundan, rəhm qıl, qurtar məni
Aşiyan şövqünü çoxdan tapmışam

Əldəki sərmayəm eşqindir sənın ,
Ömrdən, hərçənd, nöqsan tapmışam

Aşiqəm, aşiqlərin xaqanıyam
Söz atı altımda cövlan tapmışam