İstər (Növrəs İman)
Görünüş
İstər Müəllif: Növrəs İman |
Mənbə: "Növrəs İman" (az.). "Ozan dünyası" jurnalı. 2010. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Zimistan fəslində qəm alan canım,
Dolanıb gəlməyə yeni yaz istər.
Ürəkdə mətləbin kəm alan canım,
Etməyə könlünü sərəfraz istər.
Səfərim xatalı, gülşənim barsız,
İşləmir mətahım, olub bazarsız.
Gövhəri-sərrafım dolanır karsız,
Açmağa balü pər bir şahbaz istər.
Gah zaman oluram pərişanxəyal,
Üruc edir ruhum bir laçın misal.
Çıxa bir kənara, götürə cəngal,
Gətirə əldə bir sərvinaz istər.
Nəfsiz ticarətçi olsa, qəm çəkər,
Arsız bu dünyanın dərdin kəm çəkər.
İman cümlə qayğı, sübhü şəm çəkər,
Kim versə cavabım, tezcə yaz istər.